main-post-cover

    Yerli startup WHELP 'Techstars Toronto 2021' proqramına vəsiqə qazanıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.04.2021
    Farid Pardashunas
        2017-ci ildən fəaliyyətə başlayan Whelp startup-ı “Techstars Toronto 2021” proqramına vəsiqə qazanıb. 
        Whelp müştərilərə Omni-channel Chat və Süni Zəka ilə təkminləşdirilmiş ÇatBot xidməti təqdim edir. Müştərilər rahat şəkildə xidmət göstərdiyi səhifələrdə Çat xidmətin aktiv edərək vahid pəncərə üzərindən müraciətlərə cavablandıra bilər, Müştərilərə toplu şəkildə push-smslər göndərə bilər, müştərilərə kateqoriyalaşdıra bilər, informativ dashboar-dan istifadə edə bilər, açıq API-i olan istənilən proqram vasitəsi ilə interqrasiya oluna bilər. Whelp eləcədə müştərilərə rahat şəkildə ChatBot hazırlamaq imkan yaradır, şirkətin növündən asıllı olaraq şablon chatbot stukturları təqdim edir.
        Əlavə olaraq Chat-a click edən müştərilər birbaşa olaraq Chat-ın daxilində yazışmaya başlamadan öncə şirkətlərdən asıllı olaraq F.A.Q., Shopping, Calendly, Survey Monkey və Booking xidmətrləti təklif olunur.
        Hazırda şirkətlər Whelp-ə müraciət etmək üçün https://getwhelp.com linkinə keçid alaraq, 1 pulsuz istifadəçi hüququ ala bilər, xidməti tam olaraq test edə bilərlər.
        Hazırda şirkətlər Whelp-i test etmək üçün https://getwhelp.com linkinə keçid alıb, qeydiyyatdan keçərək 1 pulsuz istifadəçi hüququ ala bilirlər.
        Whelp-in təsisçiləri – Seymur Rəsulov, Enrike Nurməmmədov
        Şirkət hal-hazırda Kanadada qeydiyyatdadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər