main-post-cover

    Yerli istehsal futbol menecer oyunu təqdim olundu - Eleven Kings

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.01.2019
    Farid Pardashunas
        Bir neçə gün öncə yerli startapçılardan daha bir maraqlı layihə haqda məlumat paylaşıldı. Bu, Eleven Kings - futbol menecer oyunudur.
        2017-ci ilin sonlarında Mediamark Agentliyinin rəhbəri Orxan Rzayevin ideyası əsasında layihə üzərində işə başlanılıb. Məqsəd dünyada mövcud olan 500 milyona yaxın futbol oyunu həvəskarlarını bir platformaya toplayacaq qlobal bir startap yaratmaqdır.
        Təsisçi Orxan Rzayev deyir ki, praktiki olaraq bu inandırıcı görünməsə də, nəzəri olaraq bu mümkündür və çalışacağıq ki, mümkün qədər irəli gedək: "Startapımızın daxil olduğu hər iki sektor, futbol və oyun sektorları dünyada ən böyük biznes sektorlarındandır və hər il burada yüz milyardlarla dollar dövr edir.
        Qurduğumuz oyunun olduqca qəliz texniki şərtləri var, arxa fonda eyni anda yüzlərlə alqoritm çalışır. Şadam ki, komanda bu çətin işin öhdəsindən gəldi. Artıq platforma işlək haldadır. İndiki məqamda görməli olduğumuz işlər texniki tərəfdə yaranan boşluqları aradan qaldırmaq, marketinq fəaliyyətini düzgün qurmaq, partnyor və potensial investisiya imkanlarını dəyərləndirməkdir".
        Eleven Kings qurucuları hesab edir ki, düzgün və uğurlu fəaliyyət göstərə bilərlərsə 5-6 il sonra startapın dəyərini bir milyard dollara çatdırmaq olar.
        Eleven Kings ölkəmizdə bir çox oyun həvəskarlarının oynadığı "Top Eleven", FM", "OSM" kimi oyunların bənzəridir. Futbol klubu yaradıb, oyunçuları məşq elətdirib, transferlə yeni oyunçular alıb çempionatlarda iştirak edirsiniz və qələbələr, titullar qazanırsınız. Eleven kings-in təsisçiləri bildirir ki, oyunda tətbiq edəcəkləri fərqli funksiyalara rəqiblərindən seçiləcək və istifadəçi marağına səbəb ola biləcəklər.
        Oyun hazırda Beta versiyasındadır. Desktop və ya mobil brauzerdən oynamaq mümkündür. Yaxın vaxtlarda oyunun iOS və Android tətbiqlərinin istifadə verilməsi planlaşdırılır.
    Oyuna daxil ol: https://elevenkings.com
    Linki kopyala