main-post-cover

    Yaşayış yerlərinin icarəsini təklif edən Airbnb servisi IPO zamanı 3 milyard dollar investisiya əldə edə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    03.10.2020
    Emil Nəcəfov
        Qısamüddətli yaşayış yerinin icarəsi xidmətini təklif edən Airbnb servisi IPO çərçivəsində 3 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, servis IPO-nun keçirilməsi sorğusunu hələ avqust ayında göndərmişdi. Birjaya çıxarılacaq səhmlərin sayı və onların qiymətləri barəsində şirkət heç bir məlumat verməyib. IPO-nun rəsmi keçirilmə tarixi də məlum deyil.
        Reuters saytının anonim mənbələrinin sözlərinə əsasən şirkət bu ilin dekabr ayında birjaya çıxmağı planlaşdırır. Bu tarix həmçinin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri səbəbilə dəyişə də bilər. Məlumatda qeyd edilib ki, IPO nəticəsində Airbnb-nin bazar dəyəri 30 milyard dollara yüksələ bilər. Lakin şirkətin bazar dəyəri həmçinin bazardakı vəziyyətə uyğun da dəyişə bilər.
        Qeyd etmək lazımdır ki, Airbnb-nin IPO-su bu ilin ən böyük və gözlənilən IPO-larından biridir. Koronavirus pandemiyası nəticəsində yaranmış böhran ilə mübarizə aparmaq üçün servis bu ilin aprel ayında ikinci dəfə investorlardan 1 milyard dollar əldə etmişdi. Həmin vaxtda şirkətin bazar dəyəri 18 milyard dollar təşkil edirdi. Şirkətin sonuncu müstəqil bazar dəyərləndirilməsində isə onun qiyməti 21 milyard dollar təşkil etmişdi.
    Linki kopyala