Videokartlar bazarı 2009-cu ildən indiyənə kimi ən böyük düşüşü yaşayıb
Tech-Biznes
Startup və Biznes
e-ticaret
25.11.2022
Farid Pardashunas
Jon Peddie Research adlı təqiqat şirkəti bu ilin üçüncü rübü üzrə videokart bazarının vəziyyəti barəsində hesabatını təqdim edib. Mütəxəssislər stolüstü kompüter və noutbuk kateqoriyalarında müxtəlif videokart istehsalçılarının bazarın nə qədər payına sahib olduqlarını hesablayıblar. Beləliklə statistikaya əsasən bu ilin üçüncü rübündə kompüterlər üçün videokartların istehsalı ümumilikdə 25.1% aşağı düşüb. Stolüstü kompüterlər üçün düşüş göstəricisi 15.43%, noutbuklar üçün isə 30% təşkil edib. Mütəxəssislərin sözlərinə əsasən bu, 2009-cu ildən bəri ən böyük düşüş göstəriciləridir. Diskret qrafik prosessorların istehsalı 41.6% aşağı düşüb. Bununla belə NVIDIA şirkəti diskret videokartlar bazarında öz payını 88% yüksəltməyi bacarıb. AMD şirkətinin bu bazardakı payı isə 8% aşağı düşüb. Intel-də bu göstərici 4%-dir. Lakin buna baxmayaraq Intel şirkəti inteqrasiya edilmiş qrafika bazarında lider olaraq çıxış edir. Belə ki, şirkət bu bazarın 87%-nə, AMD isə 13%-nə sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək