main-post-cover

    Twitter-in yaradıcısının Square adlı ödəniş servisi Tidal musiqi servisini alıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    05.03.2021
    Farid Pardashunas
        Twitter-in yaradıcısı Jack Dorsey-nin Square adlı ödəniş sistemi məşhur reper Jay-Z-nin Tidal adlı musiqi servisini alıb. Musiqi servisində idarə paketinin əldə edilməsi üçün Square 297 milyon dollar nağd və öz səhmlərini ödəyib. Tidal müstəqil şəkildə Square-in daxilində olan digər şirkətlərlə çalışmağa davam edəcək və Jay-Z direktorlar şurasına daxil olacaq. Jack Dorsey öz növbəsində maliyyə xidmətlərini təklif edən servisin nəyə görə musiqi servisi ilə birləşdiyinə aydınlıq gətirib.
        “Square servisi pul qazanmaq üçün satıcılara yeni üstünlüklər verdiyi kimi Tidal da sənətçilərə əlavə vəsait qazanmaq üsullarını təklif edəcək” - deyə Dorsey qeyd edib. Bu iki servis arasındakı potensial müqavilə barəsində ilk məlumatı hələ Bloomberg saytı keçən ilin dekabr ayında vermişdi. Bloomberg-in fikirlərinə əsasən Dorsey Square servisini bir neçə şirkətə sahib holdinqə çevirmək istəyir. Qeyd etmək lazımdır ki, Tidal 2014-cü ildə yaranıb və 2015-ci ildə Jay-Z tərəfindən 56 milyon dollara əldə edilib. Sözügedən servisin 2016-cı ildəki statistikasında qeyd edilmişdi ki, artıq 3 milyon istifadəçi servisdən istifadə edir. Servis 53 ölkədə fəaliyyət göstərir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər