main-post-cover

    Twitter-də yeni işçilərin axtarışına start verilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.11.2022
    Farid Pardashunas
        Elon Musk artıq 1 aya yaxındır ki, Twitter-in CEO-su vəzifəsində çalışır. Bu müddət ərzində şirkətin işçi sayı 3 dəfə aşağı düşüb. Belə ki, sosial şəbəkənin 7500 nəfər işçisindən artıq 2700-ü şirkətdə qalıb. Lakin məlumata əsasən şirkət artıq yeni işçilərin cəlb olunması prosesinə start verib. 21 noyabr tarixində şirkət daxilində baş tutmuş görüş çərçivəsində Musk bildirib ki, işçilərin ixtisarı prosesi yekunlaşıb və bundan sonra Twitter yeni işçilərin axtarışına başlayacaq. Şirkət reklam satışları və proqram təminatı tərtibatçıları üzrə vakansiyalar açacaq.
        Twitter həmçinin hal hazırda çalışan işçilərinə öz dostları arasında uyğun namizədlərin axtarışını da məsələhət görüb. Şirkətin rəsmi saytında vakansiyalar bölməsində hələ ki, heç bir məlumat yerləşdirilməyib. Musk-ın sözlərinə əsasən şirkətin əsas prioriteti yaxşı səviyyədə kod yaza bilən mütəxəssislərdir. Şirkət daxilində əməkdaşlar ilə Musk arasında görüş video formatında baş tutub. Həmin vaxtda Musk Twitter-in San Fransiskoda yerləşən baş ofisində olub.
        Musk həmçinin qeyd edib ki, o, baş ofisi Texas ştatına köçürtməyi planlaşdırmır. Lakin bununla belə o bildirib ki, gələcəkdə sosial şəbəkənin Texasda filialı istifadəyə verilə bilər. Bundan əlavə olaraq Musk qeyd edib ki, Twitter Blue-nun işi əvvəlcə planlaşdırılan vaxtda brpa edilməyəcək. Qeyd etmək lazımdır ki, daha öncə aylıq ödəniş əsaslı abunəliyin 29 noyabr tarixində yenidən istifadəyə veriləcəyi qeyd edilmişdi. Lakin Musk bildirib ki, bu bir qədər gec baş verəcək. Twitter Blue-nun konkret olaraq nə zaman yenidən istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər