TikTok-un ABŞ biznesinin satılmayacağı halda ABŞ hökuməti sosial şəbəkəni bloklayacaq

TikTok-un ABŞ biznesinin satılmayacağı halda ABŞ hökuməti sosial şəbəkəni bloklayacaq

Startup və Biznes
16.03.2023 PAYLAŞIM

    Reuters saytının verdiyi məlumata əsasən ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətinin önünə tələb irəli sürüb. İrəli sürülmüş tələb isə TikTok-un ABŞ biznesinin satılması ilə bağlıdır. Əks halda sosial şəbəkə ABŞ ərazisində tamamilə bloklanacaq. ABŞ hökuməti Çinin TikTok vasitəsilə amerikalı vətəndaşlara təsir göstərə biləcəyindən və üstəlik vətəndaşların konfidensial məlumatlarının sızdırılmasından narahatdır. Qeyd etmək lazımdır ki, ByteDance şirkəti daha öncədən ABŞ-da TikTok ilə bağlı biznesinin satılması variantını nəzərdən keçirdirdi. Digər bir variant isə biznesin ABŞ-dakı birjaya çıxarılması ilə bağlıdır.

    TikTok təmsilçiləri qeyd ediblər ki, sosial şəbəkənin ABŞ-dakı biznesinin digər təmsilçinin səlahiyyətinə keçməsi informasiya təhlükəsizliyinə heç bir təsir göstərməyəcək. Bununla yanaşı TikTok təmsilçiləri əmindirlər ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu TikTok-un ABŞ-dakı infrastrukturunun Oracle kimi yerli şirkətin və ya hansısa etibarlı təşkilatın nəzarəti altına təhvil verilməsindədir. Bu istiqamətdə atılan addımlar davam edir. Belə ki, bu məsələdə razılıq hələ keçən il əldə edilmişdi. TikTok öz növbəsində artıq bu təşəbbüsə 1.5 milyard dollar vəsait sərf edib. Lakin məlumatda qeyd edilib ki, ABŞ hökuməti sözügedən təşəbbüsə skeptik yanaşıb. The Wall Street Journal-ın verdiyi məumata əasən TikTok-un ABŞ-da ByteDance şirkətindən ayrılmasını prezident Joe Biden də dəstəkləyib.




DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×