main-post-cover

    TikTok servisi ABŞ-ın böyük İT şirkətlərinin keçmiş əməkdaşlarını özünə cəlb edir: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.07.2020
    Farid Pardashunas
        Məşhur TikTok servisi ABŞ-ın böyük İT şirkətlərinin keçmiş əməkdaşlarını özünə cəlb edir. Bütün dünya üzrə TikTok-da 172 nəfər keçmiş Google əməkdaşı, 165 nəfər keçmiş Facebook əməkdaşı, 57 nəfər keçmiş Amazon əməkdaşı və 40 nəfər keçmiş Apple əməkdaşı çalışır. Bu barədə CNBC saytı xəbər verib. CNBC-nin məlumatına əsasən TikTok-da ümumilikdə 4600 nəfər şəxs çalışır. Bu işçilərdən bəziləri TikTok-a bir neçə il bundan öncə qatılıblar. Lakin əksəriyyəti yaxın zamanda TikTok-a qoşulub. Onlara misal olaraq aşağıdakı əməkdaşları qeyd etmək olar.
    - Facebook-un beynəlxalq partnyorluğu üzrə keçmiş vitse-prezidenti Blake Chandlee: O, Facebook-da 12 il çalışıb. İndi isə Blake, TikTok-un qlobal biznes qərarları üzrə vitse-prezidentidir.
    - Instagram-ın Avropa, Afrika və Yaxın Şərq üzrə marketinq şöbəsinin keçmiş direktoru Trevor Johnson: Trevor Johnson 11 il ərzində Facebook-da çalışıb. İndi isə o, TikTok-un Avropa üzrə marketinq şöbəsinin və beynəlxalq biznes qərarlarının direktoru vəzifəsində çalışır.
    - Google şirkətinin Avropadakı ictimai siyasət üzrə keçmiş baş meneceri Theo Bertram: Hal hazırda Theo Bertram, TikTok-un Avropadakı ictimai siyasəti və dövlət orqanları ilə əməkdaşlıq üzrə direktoru vəzifəsində çalışır.
        Bununla yanaşı Google və Facebook şirkətlərinin keçmiş HR mütəxəssisləri də TikTok-da çalışırlar. TikTok öz işçilərinə yüksək maaş təklif edir. Məsələn servis machine learning üzrə aparıcı mütəxəssisə ildə 246.000$ maaş ödəməyə hazırdır. Google və Facebook şirkətlərinin komandaları böyük reklam biznesinin necə qurulmasını yaxşı bilirlər. Buna görə də TikTok bu cür mütəxəssisləri özünə cəlb edərək onların sayəsində gələcəkdə Facebook və Google kimi şirkətlərlə rəqabət aparacağına inanır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər