main-post-cover

    TikTok ABŞ-da qadağa altına düşməmək üçün ByteDance şirkətindən ayrıla bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.03.2023
    Farid Pardashunas
        ABŞ-da TikTok üzərində idarənin əldə edilməsi və ya onun tamamilə bloklanması barəsində müzakirələr artıq uzun müddətdir gedir. Bu məsələdə maraqlı olan tərəflər hələ Donald Trump-ın prezidentlik dövründə şərti adı Project Texas olan planı təqdim etmişdilər. Güman olunurdu ki, bu plan ABŞ hökumətinin tələblərini qarşılayacaq. Əgər bu plan baş tutmasa, ByteDance şirkəti TikTok-un ABŞ üzrə biznesini satmağa və ya onu ABŞ-dakı birjaya çıxartmağa hazırdır. Boomberg saytının verdiyi məlumata əsasən ByteDance şirkəti qeyd olunmuş variantları ən son çıxış yolu kimi görür.
        Əgər ByteDance TikTok-un ABŞ üzrə biznesinin satılmasına və ya birjaya çıxarılmasına qərar versə, istənilən halda bu qərar ilk növbədə Çin hökuməti tərəfindən təsdiqlənməlidir. Bu isə öz növbəsində sözügedən variantların yerinə yetirilməsini bir qədər qəlizləşdirir. Qeyd etmək lazımdır ki, təklif edilmiş Project Texas adlı təşəbbüs çərçivəsində ABŞ-ın Oracle şirkəti TikTok-un amerikalı istifadəçilərinin məlumatlarının saxlanması və emal edilməsində iştirak etməlidir.
        Bundan əlavə olaraq bu təşəbbüs çərçivəsində 3 məmurdan ibarət xüsusi komitənin yaradılması nəzərə tutulub. TikTok-un ABŞ ərazisində idarəsi isə həmin komitənin öhdəliyinə düşəcək. Vaxtı ikən ABŞ-ın xarici investisiyalar üzrə komitəsi sözügedən təşəbbüsü dəstəkləmədi. TikTok-un CEO-su Shou Zi Chew gələn həftə ABŞ parlamentariləri qarşısında TikTok-un, məlumatların qorunması üzrə siyasətini əhatə edən hesabat ilə çıxış etməli olacaq. Bundan əlavə olaraq o, sosial şəbəkənin Çin hökuməti ilə əlaqəli olub-olmaması suallarına da vacab verməli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər