main-post-cover

    Tesla şirkəti Cənubi Koreyada elektromobil istehsalı ilə bağlı zavodun inşasını planlaşdırır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.11.2022
    Farid Pardashunas
        Tesla şirkətinin Şanxayda olan zavodunun təkmilləşdirilməsindən sonra o, il ərzində demək olar 1 milyon ədəd elektromobil istehsal edə bilər. Bununla da sözügedən zavod Çinlə yanaşı onun ətrafındakı digər ölkələri və hətta Avropa bazarını elektromobillərlə təmin edə bilər. Lakin bu, Elon Musk-ın Cənubi Koreyada zavod inşası planını aradan qaldırmır və o, Cənubi Koreyanın bu təklifi üzərində düşünəcəyinə söz verib. Cənubi Koreya hökumətinin sözlərinə əsasən bu məsələ ilə bağlı konkret qərarlar artıq gələn il verilə bilər.
        Verilmiş məlumata əsasən Cənubi Koreya prezidenti olan Yoon Suk Yeol ilə Musk arasında videokonfrans formatında yarım saatlıq görüş baş tutub. Görüş çərçivəsində Musk-ın Cənubi Koreya iqtisadiyyatına ciddi vəsaitlərin investisiyası ilə bağlı fikirlərini dinlədikdən sonra prezident onu Koreya iqtisadiyyatına investisiya yatırmağa çağırıb və qeyd edib ki, ümumilikdə ölkə dünya standartlarına cavab verən inkişaf etmiş avtomobil sənayesinə və investisiyalar üçün şərtlərə sahibdir.
        Musk isə öz növbəsində qeyd edib ki, Tesla özünün avtonom idarəetmə və süni zəka sistemlərində Koreya istehsalı olan yüksək keyfiyyətli komponentlərdən istifadə edir. Koreyanın nazirliklərindən birinin təmsilçiləri bildiriblər ki, Tesla həqiqətən də Cənubi Koreyada zavod inşası ilə bağlı onlarla danışıqlar aparır. Bu məsələdə Tesla üçün bir neçə ərazi təklif edilib və məlumatda qeyd edilib ki, bu barədə dəqiq qərarlar artıq gələn il verilə bilər. Qeyd etmək lazımdır ki, Tesla həmçinin Hindistan, İndoneziya və Yaponiyada da zavodların inşa edilməsini nəzərdən keçirdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər