main-post-cover

    Tesla'nın rəqibi Faraday Future hələ də sağdır və üstəlik 2 milyard dollar investisiya alıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.06.2018
    Emil Nəcəfov
        ABŞ-ın elektromobil istehsalçısı olan Faraday Future startapı 2 milyard dollar investisiya əldə etdi. HonKonq-un Evergrande Health Industry Group investisiya holdinqi Season Smart şirkətinin sözügedən startapa investisiya yatırmaq öhdəliyini öz boynuna götürüb. 2017-ci ilin Noyabr ayında Season Smart şirkəti 2 milyard dollar dəyərində Faraday Future startapının 45% səhmini əldə etmişdi. Həmin vəsait startapın qarşılaşmış olduğu maliyyə çətinliklərinin həll olunması üçün nəzərdə tutulurdu.
        Season Smart sözügedən startapa 800 milyon dollar investisiya yatırmışdır. Evergrande Health Industry Group holdinqi isə Season Smart şirkətinin razılaşmasını əldə etmək üzrə danışıqlar aparıb. Beləliklə holdinq startapa 860 milyon dollar investisiya yatıracaq. Bundan əlavə olaraq holdinq Season Smart-ın müqaviləsini sona çatdırmağa söz verib və beləliklə o, 2019-cu ilin sonuna kimi startapa 600 milyon dollar, 2020-ci ilin sonuna kimi isə daha bir 600 milyon dollar investisiya yatıracaq. Bununla belə startapın hal hazırki investorları startapın 33% səhminə sahibdirlər. Daha 22% səhm isə Faraday Future şirkətinin əməkdaşları arasında bölünəcək. Startapın CEO-su Jia Yueting olacaq. Məhz o, startapın təsisçisidir.
        “Faraday Future ayrılmış vəsaitlərdən əsas məqsədin yerinə yetirilməsi üçün istifadə edəcək. Söhbət, FF 91 model elektromobilin istehsalatı və onun ilk partiyasının ABŞ ilə Çin bazarına göndərilməsindən gedir” – deyə şirkət bildirib. Qeyd etmək lazımdır ki, Faraday Future 2014-cü ildə təsis edilmişdir. Sözügedən startapı məşhur Tesla şirkətinin əsas rəqibi hesab edirdilər. İşə başlamasından 2 il sonra startap FFZerol adlı elektromobilinin konseptini təqdim etdi. Artıq 2016-cı ildə məlum olmuşdu ki, startap ciddi maliyyə problemləri ilə qarşılaşıb. 
    Linki kopyala