main-post-cover

    Tesla elektromobillərinin sığortası üçün Tesla Insurance şirkəti fəaliyyətə başlayacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    27.07.2020
    Farid Pardashunas
        Tesla Insurance artıq bu ilin sonunda ABŞ-ın bir neçə ştatında fəaliyyətə başlayacaq. Şirkət hər bir sürücünün elektromobilindən əldə olunmuş məlumat əsasında onun üçün personal xidmət qiymətini hesablayaraq Tesla elektromobillərinə sığortalar satacaq. Elektromobillərdən əldə olunacaq məlumatlar arasında kilometraj, sürmə tərzi, elektromobil vasitəsilə səyahət müddəti və s. olacaq. Bu barədə Business Insider saytı xəbər verib. Elon Musk əmindir ki, bu bu biznes Tesla üçün yeni gəlir mənbəyi olacaq. Potensial olaraq yeni servis 100.000-lərlə müştəri əldə edə bilər. Uzun ilıər ərzində sürücülər Tesla elektromobilləri üçün olan yüksək sığorta dərəcələrindən şikayət edirdilər.
        Bu əsasən elektromobillərin baha başa gələn təmiri ilə əlaqədar idi. Şirkət özünün sığorta servisi barədə ilk dəfə keçən ilin aprel ayında danışmışdı. Bir neçə aydan sonra isə şirkət həmin servisi Kaliforniyada işə salmağa çalışdı. Lakin bir neçə saatdan sonra servisin saytı alqoritm yenilənməsi səbəbilə deaktiv edildi. Öz elektromobillərinə sığorta qiymətini əldə etməyi bacarmış sürücülər qeyd edirdilər ki, qiymətlər heç də digər şirkətlərin sığorta qiymətlərindən aşağı deyil. Halbuki Musk tamamilə əksini söz vermişdi. Nəticədə Musk etiraf etmişdi ki, həmin təcrübə tam şəkildə planlaşdırılmamışdı. İndi isə Tesla sürücüləri üçün tam sığorta servisi gəlir.

    “Biz daha böyük bir şey yaradırıq. Bu bir növ sığorta şirkətidir” - deyə Musk investorlarla görüşdə qeyd edib.

        “Nəticə etibarilə biz istəyirik ki, korrelyasiyanın, qəza ehtimalının başa düşülməsi və müəyyən müştəri üçün aylıq sığorta xərcinin təyin edilməsi üçün Tesla Insurance avtomobillərdən yığılmış məlumatları istifadə edə bilsin” - deyə Musk əlavə edib. Görünür, şirkət öz elektromobillərini müxtəlif növ ötürücülər ilə təchiz edərək müştərilər barəsində bilmək lazım olan hər şeyi bilir. Elektromobilin istifadə olunduğu gündən başlayaraq hərgün yığılan bu məlumatlar əsasında yarana biləcək istənilən problemi öncədən təyin etmək olar.

    Dünyada mövcud olan heç bir sığorta şirkəti bu cür aktivlərə sahib deyil və ola da bilməyəcək.

        Çünki onların biznesləri digər hesablama prinsipi üzrə qurulublar. Musk-ın bu yeni layihəsi böyük ehtimal ilə avtomobil sığortası bazarında inqilabi dəyişikliklərə gətirib çıxaracaq. Bu cür vahid sistemə qoşulan avtomobillərin sayı artdıqca onların sığortası biznesı kənar sığorta şirkətlərinə deyil məhz avtomobil istehsalçılarına məxsus olacaq. Başqa sözlə desək, kim avtomobilin istismarı barəsində faktiki məlumatlara sahibdirsə o da həmin avtomobillərdən gəlir əldə edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər