Tərtibatçılar Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıblar

Tərtibatçılar Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıblar

Startup və Biznes
25.07.2023 PAYLAŞIM

    1500-dən çox mobil tətbiq tərtibatçısı Apple şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırıb. Onlar ümumilikdə şirkətdən 1 milyard dollar təzminat tələb edirlər. Məhkəmə iddiasının qaldırılmasına səbəb isə şirkətin App Store-dakı ödənişlərə tətb\iq etdiyi komissiyalar ilə bağlı narazılıqlardır. Apple şirkətinin xidmət sahəsindən əldə etdiyi gəlirlər son illərdə sürətli templərlə yüksəlib və hal hazırda rüb üzrə 20 milyard dollara çatıb.

    Şirkətin App Store platforması da məhz xidmət sahəsinə daxil olan platformadır. Bununla belə şirkət digərləri tərəfindən App Store-dakı 15-30%-lik komissiyalar səbəbilə tənqid edilir. Qeyd etmək lazımdır ki, bu komissiyalar App Store-da reallaşdırılan hər bir ödəniş tranzaksiyası üçün təyin edilir. Bəzi ölkələrdə bu, yerli antimonopoliya orqanları tərəfindən yoxlanışların aparılmasına səbəb olub.


    Apple isə bildirib ki, App Store üzərindən fəaliyyət göstərən tərtibatçıların 85%-i komissiya ödəmir və bunun sayəsində avropalı tərtibatçılar sözügedən platforma vasitəsilə dünyanın 175 ölkəsindəki müştərilərinə çıxış əldə edirlər. Bununla belə Şərqi İngiltərə Universitetinin tərkibində fəaliyyət göstərən Rəqabət Siyasəti Mərkəzinin professoru Sean Ennis Böyük Britaniyanın 1566 nəfər tərtibatçısının adından Apellyasiya Məhkəməsində şirkətə qarşı məhkəmə iddiası qaldırıb.



DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×