main-post-cover

    Telegram-ın App Store-da bloklanması tələbi səbəbilə Apple şirkəti məhkəməyə verilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    19.01.2021
    Farid Pardashunas
     
        ABŞ-ın Coalition for a Safer Web adlı qeyri kommersiya təşkilatı Apple şirkətini məhkəməyə verib. Təşkilatın əsas tələbi Apple şirkətinin App Store platformasından Telegram messencerini silməsidir. Belə ki, təşkilatın fikrincə şirkət bu messencerdəki kontentlərin moderasiyasına ciddi diqqət ayırmır. Apple isə öz növbəsində tətbiqlərin App Store-da yerləşdirilməsi üzrə siyasətinə əməl etmir. Bu barədə 4pda saytı xəbər verib.
        Sözügedən məhkəmə ittihamı bir neçə müddət bundan öncə Vaşinqtonda baş vermiş hadisələrdən sonra qaldırılıb. Belə ki, amerikalı vətəndaşlar Konqres binasının qarşısında mitinq keçirtmişdilər. Telegram yaradıcıları ilk növbədə çoxlu sayda qanunsuz mesajlara tez bir zamanda reaksiyanın verilməməsində günahlandırılırlar.
        Bundan əlavə olaraq məhkəmə ittihamında qeyd olunub ki, hələ keçən ilin yay fəslində Coalition for a Safer Web təşkilatı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq Apple messencerdəki kontentlərin daha yaxşı moderasiya olunması üçün heç bir tədbir görməyib. Nəticədə təşkilat Apple şirkətini Telegram-ı App Store-dan silməsi üçün məhkəmə ittihamı qaldırıb. Hələ bir neçə müddət bundan öncə sözügedən qeyri kommersiya təşkilatının təmsilçisi bildirmişdi ki, onlar bu cür məhkəmə ittihamını həmçinin Google şirkətinə də qarşı qaldırmağı planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər