'Tedbirli.com' ilə 'Pecha Kucha' Night Bakıya gəlir

'Tedbirli.com' ilə 'Pecha Kucha' Night Bakıya gəlir

02.10.2017 PAYLAŞIM

    Tedbirli.com - yerli tədbir təşkili onlayn platforması bu yaxınlarda rəsmi olaraq Bakıda "Pecha Kucha Night" tədbirlərinin təşkilinin keçirilməsi lisenziyasını əldə edib. Dünyaca məşhur "Pecha Kucha Night" tədbirləri konsept olaraq bizlərə "TEDx" tərzini xatırladır. Bəs fərqli olan nədir?

    Pecha Kucha Night (PKN) ( yaponcadan tərcümədə söhbət etmək) ilk dəfə 2003-cü il fevral ayında Yaponiya Tokioda  Klein-Dytham Architecture şirkətinin iki əməkdaşı tərəfindən qurulmuş dünyanın ikinci ən böyük "talks" şirkətidir. Bu həmçinin qərb sisteminin şərq üslubunda təqdimat formatı kimi də tanınır. Hal-hazırda dünyanın 1022 şəhərində 176 ölkəsində fəaliyyət göstərən layihə öz 20 slayd 20 saniyə sisteminə görə fərqlənir .

    Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir. Format dünyada hər bir ölkədə ola bilər ki, buna da PKN lisenziyası deyirlər. Lisenziya bir illik verilir və lisenziyanı alan şəhər isə ildə ən azı 4 dəfə PKN öhdəliyi götürür, bu öhdəliyi yerinə yetirdiyi halda lisenziya müddəti uzadılır.

    Azərbaycanda ilk dəfə PKN 2013-cü ildə İrəli İB tərəfindən alınıb lakin o vaxt şəhər təşkilatçıları yalnız iki PKN etdiklərinə görə lisenziyaları ləğv edilib və 4 ilə yaxındır ki, Azərbaycan üzrə heç bir PKN lisenziyası alınmayıb. 2017-ci ildən Tedbirli.com, PKN –nin Azərbaycan Bakı üzrə şəhər təşkilatı, platformanın ortaq qurucusu Fərid Məhərrəmli isə şəhər təşkilatçısı lisenziyası alıbdır.

    Bu lisenziyanı almaq çün startup rəhbərləri 40 gündən çox bir müddət vaxt sərf etdiklərini söyləyir. Xatırladaq ki, PKN digər dünya şəhərlərində dövlət və böyük şirkətlərdən sponsor dəstəyi alan global layihə kimi məşhurdur. 

    Rəsmi İstinad burada




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Buglance Gulf Capital SME Awards 2019-da finala keçid edib

Buglance Startup Business of the Year kateqoriyası üzrə Gulf Capital SME Awards 2019 mükafatının q..


Azərbaycanı Abu Dhabi-də təmsil edəcək startaplar axtarılır

MENA Orta Şərq və Şimali Afrika bölgəsinin top maliyyə texnologiyaları tədbirlərindən biri sayılan F..


İnkişaf etməkdə olan ölkələrdən olan sahibkarlar texnologiyada necə uğur qazana ..

İnkişaf etməkdə olan ölkələr texnologiya və sahibkarlıq mövzusunda nə dərəcədə uğurlu ola bilərlər? ..


EuroAsian Startup Awards’a müraciət açıq elan olunur

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Türkiyə və Ukrayna ekosistemlərindən hə..


Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaş..

Ötən il bir neçə dəfə pre-seed mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars aksele..


Yerli oyun Eleven Kings toxum investisiya mərhələsində 50.000 dollar cəlb etdi..

Yerli futbol menecer oyunu Eleven Kings fevralın 28-i pre-seed mərhələdə 50.000 dollar investisiya c..