SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Startup və Biznes
04.01.2023 PAYLAŞIM

    Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstəricilərini açıq şəkildə təqdim etməmə imkanına sahibdir. Bu səbəbdən də onun biznesinin hansı vəziyyətdə olmasını yalnız kənar göstəricilər vasitəsilə təyin etmək olar. CNBC-nin verdiyi məlumata əsasən SpaceX bir neçə müddət bundan öncə 750 milyon dollar dəyərində investisiya əldə edib. Bu səbəbdən də şirkətin bazar dəyəri 137 milyard dollara yüksəlib. Hələ keçən ay məlumat ortaya çıxmışdı ki, şirkət öz səhmlərinin bir hissəsini kənar investorlara 77$-dan satmağı planlaşdırır. Keçən il ərzində şirkət ümumilikdə 2 milyrd dollar investisiya əldə etmişdi. 2022-ci ilin may ayındakı göstəricilərə əsasən isə SpaceX-in bazar dəyəri 127 milyard dollar təşkil etmişdi.

    Məlumata əsasən isə şirkət yeni investisiya raundu çərçivəsində 750 milyon dollar əldə edib. SpaceX-in keçən ilki aktivliyini birmənalı qiymətləndirmək olmaz. Bir tərəfdən şirkət öz planlarında vacib nailiyyətlər əldə etdi. Digər tərəfdən isə şirkət dəfələrlə Starship kosmik gəmisinin uçuş testini təxirə salmalı oldu. Qeyd etmək lazımdır ki, NASA-nın növbəti Ay missiyalarında məhz Starship iştirak edəcək. Onun ilk uçuş testlərinin nə zaman baş tutacağı isə bilinmir. Şirkətin peyk interneti layihəsi olan Starlink-ə gəldikdə o, keçən ilin sonuna kimi öz istifadəçi kütləsini 1 milyona çatdıra bildi. Falcon proqramı çərçivəsində isə SpaceX keçən il 60-dan çox uçuş missiyası reallaşdırdı.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok-un ABŞ biznesinin satılmayacağı halda ABŞ hökuməti sosial şəbəkəni blokla..

Reuters saytının verdiyi məlumata əsasən ABŞ hökuməti TikTok-un sahibi olan ByteDance şirkətinin önü..


TikTok ABŞ-da qadağa altına düşməmək üçün ByteDance şirkətindən ayrıla bilər..

ABŞ-da TikTok üzərində idarənin əldə edilməsi və ya onun tamamilə bloklanması barəsində müzakirələr ..


Meta şirkəti daha 10 000 nəfər işçini işdən çıxaracaq

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkətin daha 10 000 nəfər işçisi işdən azad ed..


Meta şirkəti bu həftə daha bir neçə min işçini işdən çıxardacaq

Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçini işdən azad etmişdi.


Huawei-yə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi NVIDIA-nın gəlirlərini aşağ..

2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına kimi amerikalı məmurlar tərəfindən 61.4 milyard..


Elektromobil istehsalı ilə məşğul olan startapların məhsullarına tələbat aşağı d..

Reuters saytının verdiyi məlumata əsasən bu il ABŞ-ın elektromobil istehsalı ilə məşğul olan startap..

×