Reklam
SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

Startup və Biznes
19.05.2022 PAYLAŞIM

    SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yüksəlib. Bu barədə Reuters saytı öz mənbələrinə istinadən xəbər verib. Hal hazırda SpaceX-in bir səhminin qiyməti təkrar bazarda 72$ təşkil edir. Bu isə keçən ilin oktyabr ayındakı göstəricisindən yüksəkdir. Belə ki, həmin vaxtda şirkətin bir səhminin dəyəri 56$ təşkil edirdi və şirkətin bazar dəyəri 100 milyard dollar qiymətləndirilmişdi. Səhmlərin təkrar bazara yerləşdirilməsi çərçivəsində yeni səhmlər dövriyyəyə buraxılmır. Lakin Reuters saytnın mənbələrindən birinin verdiyi məlumata əsasən SpaceX şirkəti bunun bu ilin sonuna kimi baş verəcəyini bildirib. Satışa çıxarılmış səhmlərin sayı barəsində məlumat verilməyib. Onların təkrar bazarda satılması bahalı özəl şirkətlər üçün adi praktikadır.

    Bu, ilkin investorlar ilə şirkət əməkdaşları üçün aktivlərin likvidliklərinin (aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir) təmin edilməsi üçün edilir. Bu satışlarda Elon Musk-ın iştirak edib-etmədiyi də məlum deyil. Qeyd etmək lazımdır ki, o, SpaceX aktivlərinin 44%-nə sahibdir. Beləliklə SpaceX ABŞ-dakı özəl şirkətlər arasında ən bahalı şirkət statusunu əldə edib. O, online ödənişlər üçün nəzərdə tutulmuş Stripe servisini (114 milyard dollar bazar dəyəri) geridə qoyub. Dünyada isə SpaceX ikinci ən bahalı özəl şirkətdir. Birinci yeri TikTok-un sahibi olan ByteDance (140 milyard dollar bazar dəyəri) şirkəti tutur. Nizamlayıcı orqanlara təqdim edilmiş sənədlərə əsasən SpaceX keçən ay 1.16 milyard dollar investisiya əldə edib. Qeyd etmək lazımdır ki, şirkət bu ilin əvvəlindən artıq 19 uçuş missiyası reallaşdırıb. Reallaşdırılmış uçuş missiyaları arasında astronavtların BKS-ə (Beynəlxalq Kosmik Stansiya) və müxtəli növ yüklərin kosmosa göndərilməsi var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq ed..

Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi mə..


Twitter səhmdarları Elon Musk-ı və Twitter-in özünü məhkəməyə veriblər..

Bu üsul ilə onlar Twitter-in Musk-a satılması üzrə müqavilə prosesinin xaotik getməsinə narazılıqlar..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..

×