main-post-cover

    Softbank, co-working-lər şəbəkəsi WeWork üzərində idarəetməni 15-20 milyard dollara ala bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    11.10.2018
    Emil Nəcəfov
        8 illik fəaliyyətdən sonra co-working-lər şəbəkəsi olan WeWork maliyyə cəhətdən zərərli olaraq qalır. Belə ki, şirkətin bütün vəsaitləri biznesin inkişafına xərclənir. The Wall Street Journal-ın verdiyi məlumata əsasən Yaponiyanın SoftBank Group şirkəti WeWork-un səhmlərinin idarəedici paketlərinin 15-20 milyard dollar qiymətinə alınması üçün danışıqlar aparır.
        Həmin danışıqlar barəsində həmçinin Bloomberg saytı da xəbər verib. Lakin Bloomberg-in verdiyi məlumata əsasən SoftBank tərəfindən olacaq investisiyaların dəyəri bir neçə milyard dollar olacaq. Danışıqlar hələ bitməyib və iki şirkət arasında müqavilənin bağlanacağı dəqiq deyil. Hər iki şirkətin təmsilçiləri bu xəbər barəsində fikir bildirməkdən imtina ediblər. Məlumata əsasən SofBank investisiyaları özünün Vision Fund adlı fondu sayəsində etməyi planlaşdırır.
        Qeyd etmək lazımdır ki, bu fondun ümumi investisiya sərvəti 92 milyard dollar təşkil edir və o artıq 2017-ci ildə 4.4 milyard dollara WeWork-un 20%-ni əldə etmişdi. Əgər danışıqlar uğurla getsə, bu müqavilə son 10 ildə startapların inkişafı sahəsində ən önəmlilərindən və böyüklərindən biri olacaq. Müqavilədən sonra WeWork-un bazar dəyəri 40 milyard dollar təşkil edə bilər. Hal hazırda onun bazar dəyəri 20 milyard dollardır. Qeyd etmək lazımdır ki, təsis edildiyi 2010-cu ildən bəri WeWork ümumilikdə 6 milyard dollar investisiya cəlb edib.
    Linki kopyala