Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıqda maraqlı deyil

Startup və Biznes
27.11.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyası əldə etmişdi. Lakin Huawei şirkətinin rəhbərliyi bildirib ki, hazırki vaxtda o, Snapdragon prosessorlarının istifadəsində maraqlı deyil. Bu barədə Gizchina saytı xəbər verib. Huawei şirkətinin biznes üçün bulud servislər şöbəsinin prezidenti Zhang Pingan bildirib ki, Huawei rəhbərliyi Qualcomm şirkətinin bu məsələni nizamlaması cəhdlərini görür.

    O əlavə edib ki, lazımi variant ortaya çıxarsa, Huawei şirkəti Qualcomm-dan prosessor alınması məsələsini nəzərdən keçirdəcək. Bununla yanaşı Huawei şirkətinin partnyorlarından birinin sözlərinə əsasən hal hazırda şirkət tərəfindən müxtəlif 4G cihazlara olan sifariş həcmi artır. Qeyd etmək lazımdır ki, Qualcomm, AMD, Sony Intel şirkətləri Huawei ilə əməkdaşlıq üçün icazə lisenziyasını əldə ediblər və bu şirkəltər Huawei üçün lazımi təchizatı istehsal edə bilərlər.


    Lakin Qualcomm ilə bağlı məsələdə bir vacib nüans var. Belə ki, ABŞ sanksiyalarına əsasən Qualcomm şirkəti Huawei üçün yalnız 4G dəstəkli prosessorları istehsal edə bilər. Bu isə öz növbəsində Qualcomm ilə əməkdaşlıq məsələsini Huawei üçün o qədər də böyük maraq kəsb etmir. Huawei əksinə 5G dəstəkli platformaların istehsalat miqyasının genişləndirilməsinə diqqətini ayırmaq istəyir. ABŞ sanksiyaları səbəbilə Huawei artıq özünün Kirin prosessorlarından imtina etməli olub. Bu isə şirkətin flaqman smartfonları üçün Kirin 9000 prosessorunun çatışmazlığına səbəb ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyaları sərtləşdirib

Keçən ilin sentyabr ayında ABŞ hökuməti Intel-ə Huawei ilə əməkdaşlıq icazəsini vermişdi. ..


ABŞ hökuməti Xiaomi şirkətini qara siyahıya salıb: Səbəb nədir?

Huawei-dən sonra ABŞ hökuməti öz qara siyahısına bir sıra digər Çin şirkətlərini də əlavə edib...


Intel rəhbərliyində ciddi dəyişiklik: Şirkətin general direktoru Bob Swan istefa..

Intel şirkəti general direktor Bob Swan-un istefasını elan edib. Şirkətin rəsmi məlumatına əsasən bu..


iPhone 12 modellərinin qutularından şarj cihazını çıxartmaqla Apple nə qədər vəs..

iPhone 12 modellərinin satışa çıxması ilə Apple şirkəti öz smartfonlarının qutularına qulaqlıq ilə ş..


Elon Musk Jeff Bezos-u geridə qoyaraq dünyanın ən varlı şəxsinə çevrildi..

Dünən Tesla şirkətinin səhmlərinin qiymətlərinin yüksəlməsi səbəbilə Elon Musk-ın sərvəti 185 milyar..


Qualcomm bazarın ən böyük mobil prosessor istehsalçısı adından məhrum olub..

Counterpoint analitik şirkəti 2020-ci ildə mobil prosessorların satış həcmlərinə həsr edilmiş yeni h..

×