main-post-cover

    Shutterstock şirkəti Giphy servisini Meta-dan alacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.05.2023
    Emil Nəcəfov
        Shutterstock şirkəti Giphy servisinin 53 milyon dollara əldə edilməsi üçün Meta şirkəti ilə razılığa gəldiyini elan edib. Tərəflər arasında müqavilənin gələn ay bağlanacağı gözlənilir. Bununla belə razılaşmaya əsasən Meta şirkəti öz məhsullarında Giphy kontentlərindən istifadə etmək imkanına sahib olacaq. Qeyd etmək lazımdır ki, 8 ay bundan öncə Böyük Britaniyanın antimonopoliya orqanı Meta şirkətindən Giphy servisini satmağı tələb etmişdi. Səbəb kimi antimonopoliya orqanı qeyd etmişdi ki, Meta-nın Giphy-ni alması dinamik rəqabəıt səviyyəsini aşağı salıb. İlk öncə Meta-dan Giphy-ni 2021-ci ildə satmaq tələb edilmişdi. Lakin apellyasiya prosesi 1 il uzandı. Keçən ilin oktyabr ayında isə Meta bildirmişdi ki, o, növbəti apellyasiyalardan imtina edir və Giphy-ni satmağa razıdır.
    Linki kopyala