main-post-cover

    Qualcomm-un mobil prosessorlarının satışları aşağı düşüb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.05.2023
    Emil Nəcəfov
        Qualcomm şirkəti bu ilin birinci rübündə öz prosessorlarının satışlarının kəskin şəkildə aşağı düşməsi halı ilə qarşılaşıb. Bu isə öz növbəsində şirkətin səhmlərinin dəyərinin aşağı düşməsinə səbəb olub. Bu ilin birinci rübündə Qualcomm-un smartfonlar üçün nəzərdə tutulmuş mobil prosessorlardan əldə etmiş olduğu gəlir 17% aşağı düşərək 6.11 milyard dollar təşkil edib. Şirkətin sözlərinə əsasən mobil prosessorlara tələbat gözlənildiyindən daha çox aşağı düşüb. Şirkət ümumilikdə birinci rüb çərçivəsində 6.9-7.5 milyard dollar mənfəət qazanmağı planlaşdırırdı. Qualcomm-un bu ilin birinci rüb üzrə təmiz gəliri isə 42% aşağı düşərək 1.7 milyard dollar təşkil edib. Maliyyə hesabatının təqdim edilməsindən sonra şirkətin səhmlərinin dəyəri 6.5% aşağı düşüb. Şirkət bu ilin ikinci rübündə 8.1-8.9 milyard dollar mənfəət qazanmağı hədəfləyib.
    Linki kopyala