main-post-cover

    Owbike platforması Zoho korporasiyası ilə əməkdaşlığa başladı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.06.2019
    Farid Pardashunas
        Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email yaratma imkanından da istifadə edə biləcəklər. Email-lərin yaradılması və saxlanılması üçün lazım olan platforma isə Zoho şirkətinin Zoho Workplace olaraq tanınan email servisi tərəfindən təmin olunacaq. Şirkətlər göstəriləcək xidməti təsdiq edən müqaviləni 03.06.19 tarixində imzalayıblar. Müqavilə şərtlərinə əsasən, Owbike Zoho Email servislərinin rəsmi satışını gerçəkləşdirəcək. Email xidməti Owbike istifadəçiləri üçün növbəti sistem yenilənməsindən etibarən əlçatan olacaq. Əlavə olunan imkanın digər detalları yaxın zamanlarda Owbike platformasının yeni versiyasında öz əksini tapacaq. Həmçinin tərəflər arasında Zoho Email xidmətlərinin dil seçimləri arasına Azərbaycan dilinin də əlavə olunması barədə danışıqlar gedir.
        Qeyd edək ki, Zoho email hostinqi 2019-cu il üzrə ən yaxşı email hostinq servisləri arasında yer alır. Owbike isə heç bir texniki biliklərə ehtiyac olmadan sayt yaratmaq imkanını təqdim edən yerli platformadır.

    Linki kopyala