main-post-cover

    OnePlus şirkəti OPPO-nun sub-brendinə çevrilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.06.2021
    Emil Nəcəfov
        OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus şirkəti OPPO ilə daha sıx əməkdaşlığa başlayacaq. Lakin görünür, Lau bu bəyanatında o qədər də səmimi olmayıb. Evan Blass adlı məşhur insayder şirkət daxili sənədi təqdim edib və həmin sənəddə Çindən olan bu iki şirkətin qarşılıqlı əməkdaşlığı barəsində maraqlı məlumatlar yer alıblar. İnsayder tərəfindən təqdim olunmuş sənəd OnePlus şirkətinin piar şöbəsinə aiddir.
        Maraqlısı ondadır ki, sənədin birinci sətrlərində əməliyyat sistemlərinin müzakirəsi qadağan olunur. Bura həmçinin OPPO şirkətinin ColorOS istifadəçi interfeysi də daxildir. Sənədin həmin bölməsində həmçinin bu məsələ ilə bağlı sual verən şəxslərə verilə biləcək standart cavablar da qeyd edilib. Əslində bu çox qəribə səslənir.
        Belə ki, hələ bir neçə müddət bundan öncə Pete Lau qeyd etmişdi ki, OnePlus şirkətinin OxygenOS adlı istifadəçi interfeysi olduğu kimi qalacaq və Çindən kənarda qlobal bazarda OnePlus smartfonlarında istifadə olunacaq. Bir maraqlı fakt isə ondan ibarətdir ki, OnePlus şirkəti faktiki olaraq OPPO-nun sub-brendinə çevrilir. Lakin buna baxmayaraq o, müstəqil şirkət kimi fəaliyyətini davam etdirəcək. Bundan əlavə olaraq Pete Lau öz vəzifəsində çalışmağa davam edəcək və bundan sonra həm OPPO həm də OnePlus məhsullarından cavabdeh olacaq.
    Linki kopyala