main-post-cover

    OnePlus həmtəsisçisinin yeni şirkəti Android-in yaradıcısının Essential smartfon brendini alıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.02.2021
    Farid Pardashunas
        OnePlus-ın yaradıcılarından biri olan və şirkəti artıq tərk etmiş Carl Pei keçən həftə özünün Nothing adlı yeni brendini təqdim etmişdi. Daha sonra o məlumat verdi ki, şirkətin ilk məhsulu naqilsiz qulaqlıq olacaq. Lakin görünür, onun məqsədləri daha genişmiqyaslıdır. Belə ki, məlum olub ki, Carl Pei Android-in yaradıcısı olan Andy Rubin-in Essential smartfon brendini alıb. Qeyd etmək lazımdır ki, sözügedən smartfon brendi heç də uğurlu olmamışdı.
        Böyük Britaniyanın intellektual mülkiyyət üzrə təşkilatın məlumatlar bazasını analiz edəndən sonra insayderlər bildiriblər ki, Essential brendinin yaradıcısı Andy Rubin bu brend ilə bağlı loqonu və ticarət nişanları üzrə hüquqları Carl Pei tərəfindən yaradılmış startapa hələ 6 yanvar 2021-ci il tarixində ötürüb. Təəssüflər olsun ki, sənədlərdə Nothing şirkətinin Essential-ın patentlərini əldə edib-etmədiyi qeyd olunmayb.
        Müqavilənin digər detalları barəsində də məlumat yoxdur. Analitiklərin fikirlərinə əsasən Essential brendini almaqla Nothing şirkəti öz müştəri bazasını genişləndirməyi hədəfləyib. Andy Rubin-in rəhbərliyi altında Essential brendinin yalnız Essential Phone 1 smartfonunun satışa çıxmasına baxmayaraq o, alıcılar arasında müəyyən rəğbət qazanmışdı. Nothing şirkətinin məhsullarına gəldikdə isə Carl Pei onlar barəsində məlumatları yaxın zamanda verəcəyini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər