Nikola Motor startapı investorlar ilə istehlakçıları aldatmaqda ittiham olunur

Nikola Motor startapı investorlar ilə istehlakçıları aldatmaqda ittiham olunur

Startup və Biznes
13.09.2020 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, General Motors şirkəti Nikola Motor startapının səhmlərinin 11%-ni 2 milyard dollara əldə edib. Bunun əsas səbəbi isə şirkətin startap ilə birlikdə elektropikap modelini yaratmaqdır. Sözügedən müqavilənin bağlanmasından sonra Nikola-nın səhmdarlarından biri olan Hindenburg Research şirkəti bildirib ki, o, startapın bir neçə il ərzində investorları və istehlakçıları aldatması üzrə sübutlara sahibdir. Bu barədə Rusbase saytı xəbər verib. “Biz, Nikola şirkətinin yaradıcısı Trevor Milton-un yalan bəyanatlarını ortalığa qoyan geniş sübutlar əldə etmişik. Bura yazılmış telefon zəngləri, mətnli mesajlar, özəl elektron məktublar və fotolar daxildirlər” - deyə Hindenburg Research şirkəti bildirib.

- Hindenburg Research şirkətinin bəyanatına əsasən 2018-ci ildə Nikola One adlı yük maşınının təqdim edilmiş reklam videosunda startap nəqliyyatın yüksək sürətlə hərəkət etdiyini bildirərək insanlara yanlış fikir səsləndirib. Belə ki, əslində yük maşınını təpədən aşağı buraxmışdılar.


- Keçən ilin oktyabr ayında Nikola xüsusi batareyaların yaradılması barəsində məlumat vermişdi. Hindenburg Research şirkətinin verdiyi məlumata əsasən startap kənar şirkətin texnologiyasını almağı planlaşdırırdı. Nəticədə müqavilə baş tutmasa da startap öz reklam kampaniyasını davam etdirmişdi. İndi isə startap General Motors şirkətinin batareya texnologiyasından istifadə etməyi planlaşdırır.

- Hindenburg Research şirkətinin məlumatına əsasən startapın, hidrogen yanacağı istehsalının qiymətinin aşağı salınmasına nail ola biləcəyi bəyanatı da doğruluğu əks etdirmir.

- Bunlardan əlavə olaraq startapın səhmdarı bildirib ki, Nikola-nın öz elektrikləşdirilmiş yük maşınının bütün əsas komponentlərini fərdi şəkildə hazırlaması bəyanatı da yalandır. Hindenburg Research şirkətinin məlumatlarına əasən startap həmin komponentləri üçüncü tərəflərdən ya alır ya da lisenziyalaşdırır.

    Bu cür bəyanatların fonunda Nikola Motor-un səhmlərinin qiymətləri aşağı düşüb. Startapın bazar dəyəri isə 11.6 milyard dollar təşkil edib. Hindenburg Research şirkətinin bəyanatlarına cavab olaraq startapın yaradıcısı Trevor Milton öz Twitter hesabında yük maşınının yığılması prosesindən fotolar təqdim edərək onların yalan olub-olmadığını soruşub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX ABŞ-ın ən bahalı özəl şirkəti statusunu əldə edib

SpaceX səhmlərinin təkrar bazarda satılması nəticəsində şirkətin bazar dəyəri 125 milyard dollara yü..


Dünyada üçüncü yer: Xiaomi smartfonlarının aktiv istifadəçi kütləsi 500 milyon i..

Counterpoint Research şirkətinin verdiyi məlumata əsasən bu ilin birinci rübündə Xiaomi şirkəti öz t..


Twitter-in alınmasından imtina halında Elon Musk-ın 1 milyard dollar cərimə ödəm..

Bir neçə gün bundan öncə Elon Musk Twitter-in satın alınması prosesinin dayandırıldığını elan etmişd..


Elon Musk Twitter-in satın alınma prosesini dayandırıb: Səbəb nədir?

Keçən ayın ortasından başlayaraq Elon Musk-ın Twitter-i almaq planı barəsində məlumatlar ortaya çıxm..


Azərbaycanda yeni Mələk İnvestorlar Klubu yaradıldı

'Technovate Investments' vençur və ya 'startup studio' modeli ilə işləyir. Bu startaplar ilə işləyə..


Elon Musk-ın Twitter-i 44 milyard dollara alması rəsmi şəkildə elan edilib

Elon Musk-ın Twitter-i 44 milyard dollara alacağı təsdiqlənib. Twitter bu məlumatı rəsmi şəkildə təs..

×