main-post-cover

    Mozilla şirkəti Google ilə əməkdaşlıq bağlayıb: Bu, Mozilla-nın çətin vaxtında ona kömək edəcəkmi?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.08.2020
    Emil Nəcəfov
        Mozilla şirkətinin öz işçilərinin bir hissəsini işdən azad etməsi və proqram təminatının yaradılmasında prioritetlərinin dəyişdirilməsi elanından sonra Firefox brauzerinin aqibəti sual altında qaldı. Lakin görünür, qısamüddətli perspektivdə Firefox istifadəçiləri narahat olmaya bilərlər. Belə ki, bir sıra mənbənin verdiyi məlumata əsasən Mozilla şirkəti Google ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu barədə 4pda saytı xəbər verib.
        Kütləvi infomasiya vasitələrinin verdikləri məlumatlara əsasən əməkdaşlıq çərçivəsində Mozilla şirkəti Google axtarış sisteminin Firefox brauzerində standart axtarıış sistemi kimi reallaşdırılacağını təmin edəcək. Bu, ABŞ-da daxil olmaqla bir sıra regionlarda baş verəcək. Analitiklərin fkirlərinə əsasən bu cür əməkdaşlıq minimum yaxın 3 il ərzində Mozilla şirkətini stabil gəlir ilə təmin edəcək. Mozilla bu müqavilə çərçivəsində nə qədər vəsait əldə edəcəyini söyləməsə də bir sıra analitiklərin sözlərinə əsasən şirkət hər il 400-450 milyon dollar gəlir əldə edəcək. 
    Linki kopyala