main-post-cover

    Mobil prosessorlar bazarındakı pay sahibliyində MediaTek şirkəti Qualcomm-a çatır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    18.09.2020
    Farid Pardashunas
        İstənilən smartfonun ən əsas komponenti prosessordur. Hal hazırda bütün dünya üzrə bir neçə şirkət mobil prosessor istehsalı ilə məşğul olur. Counterpoint Research tədqiqat şirkətinin yeni hesabatına əsasən son 1 il ərzində mobil prosessorlar bazarındakı pay sahibliyi məsələsində Qualcomm ilə MediaTek şirkətləri arasındakı fərq azalıb. Digər şirkətlər də bu məsələdə geri qalmırlar. Bu barədə Androidheadlines saytı xəbər verib. Hesabatda qeyd edilib ki, 2019-cu iin ikinci yarısı ilə müqayisədə bu ilin ikinci yarısında mobil prosessorların istehsalatları 26% aşağı düşüb. Bu sahədə lider şirkət Qualcomm olaraq qalır.
        Lakin son 1 il ərzində onun bazardakı payı 33%-dən 29%-ə düşüb. MediaTek şirkəti isə bazardakı mövqelərini bərkidib. Belə ki, onun bazardakı payı 24%-dən 26%-ə yüksəlib. Nəticədə bazardakı pay sahibliyi məsələsində bu iki şirkət arasındakı fərq 9%-dən 3%-ə düşüb. Huawei şirkətinə məxsus olan HiSilicon da yaxşı nəticələr sərgiləyib. Belə ki, bu ilin ikinci yarısında istehsal olunmuş bütün prosessorların 16%-i məhz HiSilicon-un payına düşüb.
        Apple şirkəti də bazardakı vəziyyətini yaxşılaşdıraraq öz payını 11%-dən 13%-ə yüksəldib. Samsung isə bu bazarda bir sıra geriləmə yaşayıb. Belə ki, şirkətin mobil prosessorlar bazarındakı payı 16%-dən 13%-ə düşüb. Sonuncu yerdə 4%-lik bazar payı göstəricisi ilə Çinin Unisoc şirkəti qərarlaşıb. Analitiklərin fikirlərinə əsasən ABŞ hökuməti tərəfindən Huawei şirkətinə qarşı olan sanksiyalar və 5G dəstəkli prosessorlara olan yüksək tələbat sayəsində Qualcomm, MediaTek və Unisoc şirkətləri bazardakı paylarını yüksəltməyə davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər