main-post-cover

    Mobil prosessor bazarında yeni oyunçu?: Nvidia şirkəti ARM Holdings-in alınması üzrə danışıqlar aparır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.08.2020
    Emil Nəcəfov
        İyul aynın ortasında məlumat ortaya çıxmışdı ki, Yaponiyanın Softbank şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş RISC prosessorların hazırlanması ilə məşğul olan ARM Holdings şirkətini satmağı planlaşdırır. Məlumatda qeyd olunurdu ki, ARM Holdings-in alınmasında Apple şirkəti maraqlıdır. Lakin sonradan Apple bu məlumatları təkzib etdi. Yeni məlumata əsasən ARM Holdings-in alınmasında Nvidia şirkəti maraqlıdır. Bu barədə The Verge saytı xəbər verib. Məlumata əsasən Nvidia şirkəti ARM Holdings-in əldə olunması üçün Softbank ilə ilkin danışıqlar aparır.
        Güman olunur ki, bu cür müqavilə Nvidia şirkətinə 32 milyard dollara başa gələcək. Qeyd etmək lazımdır ki, Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə 31 milyard dollara almışdı. Həmin vaxtda bu, Avropada reallaşdırılmış ən böyük İT müqavilə olmuşdu. İnsayderlər qeyd ediblər ki, ARM Holings-in alınması məsələsində Softbank ilə danışıqlar aparan yeganə şirkət məhz Nvidia-dır. Qeyd etmək lazımdır ki, ARM Holdings demək olar bütün mobil prosessorlarda istifadə olunan Cortex nüvələrinin və üstəlik Mali qrafik sürətləndiricilərinin hazırlanması ilə məşğul olur.
        Başa düşmək lazımdır ki, şirkət özü birbaşa istehsal ilə məşğul olmur. O sadəcə olaraq Qualcomm, Samsung, MediaTek, Huawei və digər şirkətlər üçün öz texnologiyalarını lisenziyalaşdırır. Müəyyən müddət ərzində şirkətin tenxologiyalarından Apple şirkəti istifadə edirdi. Lakin nəticədə Apple fərdi texnologiyalara keçid etmək qərarına gəldi. Nvidia-nın, ARM Holdings-in əldə olunmasında maraqlı olması gözləniləndir. 
    Linki kopyala