Microsoft şirkəti TikTok-un ABŞ biznesinin alınması üzrə danışıqlar aparır
Tech-Biznes
Startup və Biznes
e-ticaret
01.08.2020
Farid Pardashunas
Microsoft şirkəti TikTok servisinin ABŞ üzrə biznesinin alınması barədə danışıqlar aparır. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ hökumətinin təzyiqləri səbəbilə Çinin ByteDance şirkəti məşhur servisin ABŞ üzrə biznesini sata bilər. Microsoft şirkəti bu mövzu barədə şərh bildirməkdən imtina edib. TikTok təmsilçiləri isə Business Insider saytına bildiriblər ki, onlar yayılan şaiyələrə şərh bildirmirlər və servisin gələcəyinə inanırlar.
Dünən ABŞ prezidenti Donald Trump jurnalistlərə bildirdi ki, ABŞ hökuməti TikTok servisi barəsində müxtəlif variantları nəzərdən keçirdir. Bura həmçinin servisin ölkədə bloklanması müzakirəsi də daxildir. TikTok servisinin sahibi olan ByteDance şirkəti ABŞ hökumətinin təzyiqi nəticəsində həmçinin servis üzərində idarənin satılmasını da müzakirə edir. Reuters saytının verdiyi məlumata əsasən bu cür danışıqlar çərçivəsində investorlar TikTok servisinin bazar dəyərini 50 milyard dollar qiymətləndiriblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)