main-post-cover

    Microsoft şirkəti Netflix-i 190 milyard dollara almağa cəhd göstərə bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.12.2022
    Farid Pardashunas
        Microsoft hal hazırda ABŞ-ın antimonopoliya orqanları tərəfindən şirkətin Activison Blizzard-ı alması məsələsinin araşdırılması ilə məşğuldur. Çox güman ki, bu müqavilənin bağlanacağı və ya bağlanmayacağından sonra Microsoft Netflix-i almağa cəhd göstərəcək. Reuters saytının jurnalistləri bu cür ehtimala işarə edən faktorları səsləndiriblər. Satya Nadella Microsoft-un CEO vəzifəsində 2014-cü ildə çalışmağa başladı. Həmin vaxtdan şirkət gaming və İT sahəsinin perspektivli təmsilçilərini almaqla məşğuldur. Satya Nadella-nın CEO vəzifəsinə keçid etdiyi ildə Microsoft şirkəti məşhur "Minecraft" oyununu yaratmış Mojang studiyasını 2.5 milyard dollara almışdı. Daha sonra şirkət 26 milyard dollara LinkedIn platformasını və 20 milyard dollara nitqin təyini üzrə proqram təminatının hazırlanması ilə məşğul olan Nuance şirkətini aldı. Bununla yanaşı şirkətin tərkibinə 27 ədəd oyun studiyası, GitHub platforması, Skype servisi daxildir.
        Hal hazırda isə Microsoft 69 milyard dollara Activision Blizzard şirkətini almağa çalışır. Lakin bu məsələdə bəzi çətinliklər var. Belə ki, müxtəlif ölkələrin antimonopoliya orqanları tərəflər arasındakı bu potensial müqavilənin ola biləcək nəticələrini araşdırırlar. Yekun olaraq Microsoft ilə Activision Blizzard arasında müqavilə ümumiyyətlə bağlanmaya bilər. Reuters saytının analitiklərinin sözələrinə əsasən Microsoft-un növbəti böyük alışı Netflix ola bilər. Onların fikirlərinə əsasən bu cür müqavilənin dəyər 190 milyard dollar təşkil edə bilər. Microsoft-un Netflix-i almasının əsas səbəbləri arasında tərəflər arasında olan sıx əməkdaşlıqdır. Bununla yanaşı bunun olacağı halda Microsoft böyük üstünlüklər əldə edə biləcək. Tərəflər arasında olan əməkdaşlıq çərçivəsində Netflix öz yeni abunəliyini Microsoft-un servislərində reklam edir.
        Həmçinin Microsoft-un prezidenti olan Brad Smith Netflix-in direktorlar şurasına da daxildir. Əgər nəticədə Microsoft şirkəti Netflix-i alsa, o, bir neçə cihaz vasitəsilə (smartfon, noutbuk və s.) oyun streaming servisinin yaradılması üzrə hazır platforma əldə edəcək. Microsoft-un bu cür servisi yaratmaq planları artıq məlumdur. Netflix isə öz növbəsində özünün oyun biznesi üçün əhəmiyyətli üstünlüklər əldə edəcək. Son zamanlarda Netflix bir sıra kiçik oyun studiyalarının alınması ilə məşğuldur. Əgər o, Microsoft-un tərkibinə daxil olsa, oyun streaming-i və ya hazırlanması sahələrində geniş resurslara sahib olacaq. Analitiklər Netflix-i 190 milyard dollar dəyərində qiymətləndirirlər. Əgər nəticədə Microsoft onu alsa, bu, şirkət tarixində ən bahalı alış olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər