main-post-cover

    Microsoft şirkəti Discord-u 10 milyard dollara ala bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    23.03.2021
    Emil Nəcəfov
        Discord Inc. şirkəti potensial alıcılar ilə danışıqlar aparır. Bu məsələyə ən böyük maraq göstərən isə Microsoft-dur. Potensial müqavilənin dəyəri 10 milyard dollar təşkil edə bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumatda qeyd edilib ki, platformanın satılması məsələsində Discord özü Microsoft şirkətinə müraciət edib. Daha sonra Microsoft-un Xbox şöbəsinin rəhbəri Phil Spencer şirkət təmsilçiləri ilə görüşüb. Daha öncə bu cür danışıqları Discord həmçinin Epic Games Amazon şirkətləri ilə də aparıb.
        “Microsoft-un Discord-u alması məntiqli görünə bilər. Belə ki, şirkət öz oyun biznesini proqram təminatı və xidmətlər sahəsinə ayarlamağa davam edir. Discord Nitro adlı premium xidməti Xbox Game Pass xidməti ilə birləşdirmək üçün böyük imkan var. Bu üsul ilə Microsoft öz istifadəçi kütləsini artıra bilər” - deyə Bloomberg analitiklərindən biri qeyd edib. Bununla belə biznesin satılması Discord üçün yeganə çıxış yolu deyil. Belə ki, bəzi mənbələrin sözlərinə əsasən Discord öz səhmlərini birjaya yerləşdirərək ictimai şirkətə çevrilmək ehtimalını da nəzərdən keçirdir.
        Keçən ilin sonunda Discord-un bazar dəyəri 7 milyard dollar qiymətləndirilmişdi. Discord ilə Microsoft-un təmsilçiləri bu məsələyə fikir bildirməkdən imtina ediblər. Discord gamerlər arasında çox məşhur olan platformadır. O, istifadəçilərin pulsuz şəkildə öz aralarında video, səs və mətn formatında ünsiyyət qurmalarına imkan verir. Ay ərzində Discord-un aktiv istifadəçi kütləsi 100 milyondan çoxdur. Son zamanlarda isə Discord öz biznes strategiyasını gamerlərdən daha çox adi istifadəçilər üzərində qurur. 
    Linki kopyala