main-post-cover

    Microsoft danışıqları dayandırıb: TikTok-un ABŞ biznesinin alınması məsələsində nə baş verir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    02.08.2020
    Farid Pardashunas
        Microsoft ByteDance şirkətləri TikTok servisinin ABŞ-dakı biznesinin satılması üzrə danışıqları dayandırıblar. Belə ki, ABŞ prezidenti Donald Trump bu cür müqaviləni dəstəkləmədiyini bildirib. Bu barədə The Wall Street Journal xəbər verib. Şirkətlər razılaşmanın bütün özəllikləri barəsində bazar ertəsinə kimi razılığa gəlməli idilər. Lakin hər iki şirkət arasındakı danışıqlar Donald Trump-ın bəyanatlarından sonra dayandrıldı.
        ABŞ prezidentinin bu cür mövqeyi Microsoft və ByteDance üçün heç gözlənilməz olub. Belə ki, Ağ Ev də bu danışıqlarda iştirak edirdi. TikTok 3 il ərzində ABŞ-da 10.000 yeni iş yerinin yaradılacağına söz verib. Lakin bunun, Donald Trump-ın fikrinə nə dərəcədə təsir edəcəyi bilinmir. ByteDance şirkətinin yaradıcısı Zhang Yiming şirkətdəki minoritar payını saxlamağı planlaşdırıdı. Lakin bu razılaşma çərçivəsində o hətta öz payını da satmağı söz vermişdi.
        Danışıqlar hələ də bərpa oluna bilər. Belə ki, bu danışıqlarda iştirak edən top menecerlərin fikirlərinə əsasən ABŞ prezidenti öz qərarını dəyişəcək. Belə ki, razılaşmanın bütün şərtləri onun tələblərinə artıq uyur. Hal hazırda Microsoft ilə ByteDance şirkətləri prezident administrasiyasının mövqeyini və servisin ABŞ-da bloklanma ehtimalını başa düşməyə çalışırlar.   
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər