main-post-cover

    Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıracaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.01.2023
    Emil Nəcəfov
        Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir. Bu, növbəti illərdə Microsoft tərəfindən OpenAI şirkətinə külli miqdarda investisiyaların yatırılması çərçivəsində baş tutacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft OpenAI şirkətinə külli miqdarda investisiyalar yatırmaq niyyətindədir. Həmin vaxtda qeyd edilmişdi ki, Microsoft növbəti illərdə ümumilikdə OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırmağı planlaşdırır.
        Qeyd etmək lazımdır ki, OpenAI şirkəti son zamanlarda barəsində ən çox danışılan süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısıdır. Şirkət həmçinin süni zəka sahəsində digər məhsulları ilə də tanınır. Onların arasında təsvirlərin generatoru olan DALL-E 2 alqoritmi və proqramçıların işlərində yardımçı olan GitHub Copilot adlı süni zəka əsaslı bulud sistemi var. Microsoft 2019-cu ildə OpenAI-ya 1 milyard dollar investisiya yatırmışdı. 2020-ci ildə isə o, OpenAI tərəfindən yaradılmış GPT-3 adlı süni zəka modelinin əsasında yerləşən texnologiyanın lisenziyasını əldə etmişdi.
        Nəticədə Microsoft OpenAI ilə sıx əməkdaşlıq yaratdı. Son məlumatlara əsasən Microsoft özünün Bing axtarış sisteminə ChatGPT çat-botunu və DALL-E 2 alqoritmini inteqrasiya etməyi planlaşdırır. Şirkət OpenAI ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ona ümumilikdə nə qədər vəsaitin investisiya olunacağı barəsində məlumat verməyib. Bu əməkdaşlıq çərçivəsində Microsoft həmçinin OpenAI şirkətinin bulud texnologiyaları sahəsində eksklüziv partnyoruna çevrilir.
    Linki kopyala