Meta şirkəti növbəti işçi ixtisarını reallaşdırır
Tech-Biznes
Startup və Biznes
e-ticaret
25.05.2023
Farid Pardashunas
Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçinin ixtrisarını reallaşdırmışdı. Bu ilin mart ayında isə məlum oldu ki, şirkət əlavə 10 000 nəfər işçini işdən azad edəcək. Lakin mart ayında qəbul edilmiş işçi ixtisarının 3 mərhələyə bölünməsi qərara alındı. Yeni məlumata əsasən şirkət mart ayında qəbul edilmiş ixtisarın son mərhələsinə start verib. Mark Zuckerberg-in sözlərinə əsasən hətta 3-cü mərhələdən sonra da kiçik miqyasda işçi ixtisarı reallaşdırıla bilər.
Son işçi ixtisarı mərhələsi daha çox mühəndislik vəzifələrində çalışanları əhatə edib. Texnoloji komandalara istiqamətlənmiş işçi ixtisarı prosesi çərçivəsində şirkət daha çox mühəndislik vəzifəsində çalışanlara diqqət ayırıb. Bu cür vəzifələrə misal olaraq kontent dizaynerlərini və istifadəçi təcrübəsi tədqiqatçılarını gətirmək olar. Aprel ayında 4000 nəfərə yaxın işçi öz işindən məhrum oldu. Məlumata əsasən son işçi ixtisarı mərhələsi çox güman ki, 490 nəfər işçini əhatə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)