Meta şirkəti daha 10 000 nəfər işçini işdən çıxaracaq

Meta şirkəti daha 10 000 nəfər işçini işdən çıxaracaq

Startup və Biznes
15.03.2023 PAYLAŞIM

    Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkətin daha 10 000 nəfər işçisi işdən azad ediləcək. Onun sözlərinə əsasən bu, şirkətin yeni iqtisadi reallığın öhdəsindən gəlməkdə çətinliyin çəkməsi ilə bağlıdır. Söhbət, özündə daha yüksək faiz dərəcələrini, geosiyasi qeyri-stabilliyi və daha ciddi nizamlamanı özündə birləşdirən yeni iqtisadi reallıqdan gedir. Zuckerberg qeyd edib ki, yaxın aylar ərzində şirkət strukturunun yenidən qurulması baş verəcək. Bu proses çərçivəsində Meta daha aşağı prioritetə sahib layihələri ləğv edəcək və yeni işçi qəbulu səviyyəsini aşağı salacaq. Məlumatda qeyd edilib ki, şirkətin texniki qrupuna daxil olan işçilərin ixtisarı aprel ayında, biznes qrupuna daxil olan işçiərin ixtisarı isə may ayında baş verəcək.

    “Bu, çətin olsa da qaçılmazdır. Bu, bizim uğurumuzun bir hissəsi olmuş istedadlı və öz işində həvəsli olan əməkdaşlarla sağollaşmaq deməkdir. Onlar özlərini bizim missiyamıza həsr ediblər və mən buna görə onlara minnətdarlığımı bildirirəm. Biz insanları əvvəllər olduğu kimi dəstəkləyəcəyik və hər bir şəxsə haqq etdiyi minnətdarlıqla münasibət göstərəcəyik” - deyə Mark Zuckerberg qeyd edib. Qeyd etmək lazımdır ki, keçən ilin sonunda Meta 11 000 nəfər işçisini işdən azad etmişdi. Görünür, keçən ilin sonunda reallaşdırılmış ixtisarlar şirkətin iqtisadi vəziyyətini lazımi səviyyədə stabilləşdirə bilməyib. Nəticədə qısa müddət keçməsinə baxmayaraq şirkət daha 10 000 nəfər işçini işdən azad etmək qərarına gəlib.




DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×