main-post-cover

    Meta şirkəti bu həftə daha bir neçə min işçini işdən çıxardacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.03.2023
    Farid Pardashunas
        Keçən ilin noyabr ayında Meta şirkəti 11 000 nəfər işçini işdən azad etmişdi. Bu, şirkətin ümumi işçi sayının 13%-nə bərabərdir. Şirkətin bu qədər işçini işdən azad etməsinin əsas səbəbi ciddi maliyyə problemləri oldu. Ciddi maliyyə problemlərinin yaranması isə qlobal iqtisadi böhran və şirkət rəhbərliyinin düzgün olmayan bəzi biznes qərarları ilə əlaqədardır. Görünür, şirkətin keçən ilin noyabr ayında 11 000 nəfər işçini işdən azad etməsi biznesi stabilləşdirməyə yardımçı ola bilməyib. Belə ki, Bloomberg saytının verdiyi məlumata əsasən Meta bu həftə daha bir neçə min işçini işdən azad edəcək. İşdən azad edilmə prosesi şirkətin əsas şöbələrini əhatə edəcək. Söhbət, şirkətin Facebook, Instagram, Metaverse, Oculus Quest ilə məşğul olan şöbələrindən gedir. İşdən azad ediləcək işçilərin dəqiq sayı məlum deyil. Lakin şirkət bu barədə bildirişi artıq işçilərə göndərməyə başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər