Meta aktivlik əsasında targetlənmiş reklamlardan imtina edə bilər

Meta aktivlik əsasında targetlənmiş reklamlardan imtina edə bilər

Startup və Biznes
03.08.2023 PAYLAŞIM

    Heç kimə sirr deyil ki, Meta şirkəti öz servislərində istifadəçilərin aktivlikləri əsasında onlara targetlənmiş reklamları sərgiləyir. Lakin şirkət istifadəçilərə bu özəlliyin deaktiv edilməsi imkanını təqdim edə bilər. Meta bildirib ki, Avropa Birliyinin tənzimləyici orqanlarının razılıqları halında targetlənmiş reklam elanlarının deaktiv edilməsi imkanı şirkətin servislərinə 3 ay ərzində inteqrasiya edilə bilər. Şirkətin bu təklifi onun Avropa Birliyi ilə uzun müddət ərzində olan qarşıdurmasının aradan qaldırılması üçün nəzərdə tutulub.

    Məsələ burasındadır ki, Meta şirkəti targetlənmiş reklamlar üçün istifadəçi məlumatlarını Avropanın konfidensiallıqla bağlı qanunvericiliyinin şərtləri çərçivəsində istifadə etmir. Məhz bu səbəbdən şirkət Avropada Threads servisini hələ istifadəyə verə bilmir. Hal hazırda Avropa Birliyi regionunda yaşayan istifadəçilər Meta şirkətinin servislərində bu cür targetinqdən imtina edə bilərlər. Lakin şirkət bu cür targetinqdən imtina etmiş istifadəçilər üçün yenə də targetinq reklamlar sərgiləməyə davam edir. Bunun üçün şirkət istifadəçilərin yerləşdikləri yerlər və onların yaş kateqoriyaları üzrə ümumi məlumatlardan istifadə edir. Şirkətin yeni təklifində də ümumi targetinqdən istifadə edilib-edilməyəcəyi bilinmir.


    Qeyd etmək lazımdır ki, bir vaxtlar şirkətin sürətlə yüksəlmiş dövriyyəsi keçən il qeyri-stabil iqtisadi şərtlər səbəbilə aşağı düşmüşdü. Apple şirkətinin öz ekosistemi çərçivəsində istifadəçilərin konfidensial məlumatlarının yığılması məsələsində daha da sərt məhdudiyyətlər tətbiq etməsi Meta üçün vəziyyəti daha da qəlizləşdirdi. İstifadəçilərin Meta-nın tətbiqləri daxilindəki aktivlikləri əsasında onlara sərgilənən targetinq reklamının aradan qaldırılması öz növbəsində şirkətə növbəti iqtisadi zərbəni vuracaq. Belə ki, targetlənmiş reklamlar Meta-nın əsas gəlir mənbələrindən biridir. 



DAHA ÇOX


OpenAI şirkəti bazar dəyərini 90 milyard dollara yüksəldə bilər

Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkəti hal-hazırda səhmlərinin satışı i..


Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib..

Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini e..


TikTok 345 milyon avro dəyərində cərimələnib

İrlandiyanın məlumatların qorunması üzrə komissiyası (DPC) TikTok servisini 345 milyon avro dəyərind..


MediaTek yenidən Qualcomm-u geridə qoyub

Counterpoint Research analitik şirkəti mobil prosessorlar bazarı mövzusunda bu ilin birinci yarısını..


OpenAI şirkəti illik 1 milyard dollar qazanca çatmaq üzrədir

Bloomberg saytının verdiyi məlumata əsasən OpenAI şirkətinin illik qazancı 1 milyard dollara çatır. ..


Google və Meta mühəndislərə ən yüksək maaşı ödəyən İT şirkətlər olublar..

İctimai şirkətlər bütün əməkdaşlarının ortalama illik maaşlarını açıqlamalı olduqları halda konkret ..

×