main-post-cover

    Məşhur analitik: 'Huawei şirkəti smartfon bazarından gedə bilər'

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.09.2020
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo, Huawei şirkətinin aqibəti barəsində bəzi proqnozlar verib və həmin proqnozlar heç də ürəkaçan deyillər. Bu barədə Wccftech saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ sanksiyaları səbəbilə Huawei hal hazırda özünün heç də yaxşı zamanlarını yaşamır. ABŞ hökuməti ilk öncə öz yerli şirkətlərinə Huawei ilə əməkdaşlıq etməyi qadağan etdi və daha sonra bu qadağanı ABŞ texnologiyalarından istifadə edən xarici şirkətlərə də yaydı.
        Nəticədə Huawei şirkəti həm Google servislərindən həm də TSMC tərəfindən istehsal olunmuş Kirin prosessorlarından məhrum oldu. Ming-Chi Kuo-nun sözlərinə əsasən hadisələrin ən yaxşı gedişatı nəticəsində şirkətin satışları aşağı düşəcək və o, bazarın bir hissəsini itirəcək. Ən pis halda isə Huawei ümumiyyətlə smartfon bazarından gedə bilər.
        Bu cür ehtimal Çinin OPPO, Vivo Xiaomi kimi şirkətləri üçün əla fürsət olardı. Lakin Huawei şirkətinin smartfon bazarından getməsi ehtimalı çox da inandırıcı səslənmir. Belə ki, bu məsələdə şirkətə Çindən böyük dəstək var və bu səbəblə onun satışları bu regionda getdikcə artır. Lakin buna baxmayaraq ABŞ sanksiyalarının nəticələri çox ağır olacaq. Son məlumat sızıntılarına əsasən Huawei özünün prosessor istehsalına hazırlaşır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər