LG-nin mobil biznesinin potensial alıcısı barədə məlumat ortaya çıxıb
Tech-Biznes
Startup və Biznes
e-ticaret
22.01.2021
Farid Pardashunas
Bir neçə gün bundan öncə LG Electronics-in CEO-su Kwon Bong-Seok bildirmişdi ki, şirkət mobil biznesdən gedə bilər. İndi isə internetdə LG-nin mobil biznesinin potensial alıcısı barəsində məlumat ortaya çıxıb. Bu barədə Business Korea saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən LG öz mobil biznesini Vyetnamın VinGroup adlı konqlomeratına sata bilər. Məlumatda qeyd edilib ki, VinGroup öz növbəsində LG şirkətinə maraqlı təklif edib və nəticədə şirkət həmin təklifi qəbul edəcək.
Qeyd etmək lazımdır ki, VinGroup, Samsung Electronics və OPPO-dan sonra ölkədə üçüncü ən böyük smartfon istehsalçısıdır. LG uzun müddətdir ki, VinGroup ilə əməkdaşlıq edir. Belə ki, VinGroup, LG-nin bir sıra smartfon modelləri üçün ODM (Original Design Manufacturer) istehsalçı qismində çıxış edir. LG-nin mobil biznesi artıq 23 rübdür ki, mənfiyə işləyr. Şirkət bu vəziyyəti qeyri adi dizayna sahib müxtəlif smartfonları istehsal etməklə düzəltməyə çalışmışdı. Lakin həmin smartfonlar nəticədə şirkətə uğur gətirə bilmədilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)