main-post-cover

    İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.01.2023
    Emil Nəcəfov
        İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib. Səbəb isə şirkətin targetinq reklamları üçün istifadəçi məlumatlarının yığılması və emalında yol verdiyi qanun pozuntularıdır. Komissiyanın fikrincə şirkət konfidensial məlumatların emal edilməsi məsələsində Facebook Instagram istifadəçilərini məcburi şəkildə razılığa gətirib. Təyin edilmiş cərimə 2018-ci ildə göndərilmiş 2 şikayətin nəticəsidir. Belə ki, şirkət Avropanın məlumatların qorunması üzrə reqlamentinə (GDPR) tabe olmamasında günahlandırılır.
        Sözügedən reqlamentin 2018-ci ildə qəbul edilməsinə baxmayaraq Meta şirkəti istifadəçi razılaşmasında istifadəçilərdən məlumatların emal edilməsinə razı olmalarını tələb edib.  Komissiyaya göndərilmiş şikayətlərdə qeyd edilib ki, bu, reklam targetinqinə razılaşmaya məcbur etməyə bərabədir. Komissiyanın fikrincə şirkət istifadəçi razılaşmasının bütün şərtlərini istifadəçilərə dolğun şəkildə başa salmayıb. Təyin edilmiş cərimədən əlavə olaraq şirkət öz servislərini 3 ay ərzində GDPR-nın tələblərinə uyğunlaşdırmalıdır. Meta isə öz növbəsində təyin edilmiş qərarı apellyasiya məhkəməsinə verməyi nəzərdə tutub. Şirkət təmsilçiləri həmçinin qeyd ediblər ki, təyin edilmiş qərar şirkət servislərinin istifadəçilərə targetləşdirilmiş reklamları sərgiləməkdə mane olmayacaq. 
    Linki kopyala