main-post-cover

    iPhone istifadəçilərinə çoxlu sayda reklam elanlarının sərgilənməsi brendin premium səviyyəsini aşağı sala bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.11.2022
    Farid Pardashunas
    The Information saytının təqdim etmiş olduğu hesabata əsasən Apple şirkətinin reklam biznesindən cavabdeh olan əməkdaşların çoxu narahatdır ki, iPhone istifadəçilərinə çoxlu sayda reklam elanlarının sərgilənməsi öz növbəsində şirkətin mobil cihazlar brendinin premium səviyyəsini aşağı sala bilər. Hesabatda qeyd edilib ki, Apple əməkdaşlarının fikirlərinə əsasən şirkətin böyüyən reklam biznesi sözün əsl mənasında çox irəli gedib. Apple-da reklamların satılması ilə məşğul olan menecerlərə hətta şirkətin reklam biznesi barəsində məlumatın verilməsi zamanı müəyyən sözlərin istifadəsi belə qadağan edilib. Məsələn onlar şirkətin reklam biznesi barəsində məlumat verən zaman “targetinq” sözünu “auditoriyanın müəyyənləşdirilməsi” ilə əvəz etməlidirlər.
        Apple təmsilçisi qeyd edib ki, Apple əməkdaşlardan şirkətin təkliflərinə uyğun olan sözlərdən istifadə etməyi istəyir. Bu halda “targetinq” sözünün istifadəsi uyğun deyil. Belə ki, şirkət reklam verənlərə ayrı-ayrı istifadəçilər üçün reklamları targetinq etməyə icazə vermir. App Store platformasına gəldikdə isə şirkət əməkdaşları ictimai mühitdə Apple ilə eyni fikirdə olduqlarını sərgiləsələr də, şəxsi söhbətlər zamanı onlar şirkətin müasir strategiyasının məqsədəuyğun olmasına şübhə ilə yanaşdıqlarını qeyd edirlər. Belə ki, onların fikirlərinə əsasən Apple şirkətinin hal hazırki reklam siyasəti iPhone istifadəçilərinin premium təcrübələrinə zərər vurur.
        Verilmiş məlumata əsasən Apple 2018-ci ildə reklam elanlarını iOS-dəki Spotlight axtarış sisteminə inteqrasiya etməyi planlaşdırırdı. Lakin şirkət istifadəçilər tərəfindən ola biləcək neqativ fikirlər səbəbilə bu ideyadan imtina etdi. Son həftələr ərzində tərtibatçılar, müştərilər və digərləri Apple şirkətinin App Store platformasında reklam elanlarının saylarını yüksəltmək planını heç də xoş qarşılamırlar. Qeyd etmək lazımdır ki, şirkət həmçinin Apple Maps Apple TV+ servislərində də reklam elanlarını sərgiləməyi hədəfləyib. Bununla belə məsələ ilə yaxından məlumatlı olan mənbələrin fikirlərinə əsasən Apple hal hazırda öz reklam biznesinin miqyasını Google şirkətinin reklam biznesinin miqyasına yüksəltmək kimi bir ideyaya sahib deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər