main-post-cover

    İlk dəfə olaraq Google Play platformasının gəlirləri barəsində məlumat təqdim edilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    30.08.2021
    Emil Nəcəfov
        Google şirkətinə qarşı aparılan növbəti antimonopoliya istintaqı çərçivəsində ilk dəfə olaraq Google Play mağazasının maliyyə göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. ABŞ-ın bəzi ştatlarında Google şirkəti antimonopoliya qanunvericiliyinin pozulmasında günahlandırılır. Şirkətə qarşı olan əsas ittihamlar Google Play platformasının işini təyin edən şirkət siyasətini əhatə edirlər. Belə ki, kənar Android tərtibatçıları öz tətbiqlərində Google şirkətinin ödəniş alətlərindən istifadədə məcbur edilməkdən narazıdırlar.
        Qeyd etmək lazımdır ki, kənar Android tərtibatçıları öz tətbiqləri daxilində abunəlik və kontent satışı reallaşdırdıqları zaman Google onlardan öz ödəniş alətlərindən istifadəni və bundan əlavə olaraq tərtibatçılardan satışlara görə 30% komissiya tələb edir. Google şirkətinə qarşı aparılan antimonopoliya istintaqı çərçivəsində ortaya çıxmış sənədlərə əsasən təkcə 2019-cu ildə Google Play platformasının dövriyyəsi 11.2 milyard dollar təşkil edib. Bununla belə platformanın mənfəəti 8.5 milyard dollar, əməliyyat gəliri isə təqribi olaraq 7 milyard dollar təşkil edib. 2019-cu ilin yekunlarına əsasən Google Play platformasının əməliyyat gəlirləri 62% yüksəlib.
    Linki kopyala