main-post-cover

    Hyundai Motors robot istehsalçısı olan Boston Dynamics şirkətini 1 milyard dollara yaxın qiymətə alıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.12.2020
    Farid Pardashunas
        Hyundai Motors şirkəti robot istehsalı ilə məşğul olan Boston Dynamics şirkətini alıb. Hər iki şirkət arasındakı müqavilə demək olar yekunlaşma mərhələsindədir. Analitiklərin sözlərinə əsasən sözügedən müqavilənin dəyəri 1 milyard dollara yaxındır. Bu barədə 4pda saytı xəbər verib. 2017-ci ildə Yaponiyanın Softbank holdinqi Boston Dynamics şirkətini Alphabet holdinqindən almışdı. Lakin yaxın zamanda müxtəlif növ robot istehsalı ilə məşğul olan bu şirkətin sahibi Hyundai Motors olacaq.
        Əsasən Spotmini adlı 4 ayaqlı robotu yaratmaqla məşhurluq qazanmış Boston Dynamics-in qiyməti 921 milyon dollar dəyərində qiymətləndirilib. Bu məbləğin yarısını Hyundai Motors şirkəti digər yarısını isə onun daxilində fəaliyyət göstərən müəyyən şöbələr ödəyəcəklər. Hyundai şirkətinin hal hazırki direktorlar şurasının fikrincə robototexnika sahəsi ən perspektivli sahələrdən biridir və onu gələcək üçün inkişaf etdirməkdə fayda var. Qeyd etmək lazımdır ki, Boston Dynamics şirkətinin kataloquna bir neçə növ robot daxildir. Onların arasında insana bənzər Atlas robotu, 4 ayaqlı Spotmini robotu və hətta quşu xatırladan robot da var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər