Huawei-yə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi NVIDIA-nın gəlirlərini aşağı sala bilər

Huawei-yə qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi NVIDIA-nın gəlirlərini aşağı sala bilər

Startup və Biznes
06.03.2023 PAYLAŞIM

    Keçən həftə məlumat ortaya çıxdı ki, ABŞ prezidenti Joe Biden-in administrasiyası Huawei şirkətini ABŞ texnologiyalarından tamamilə kənarlaşdırmaq niyyətindədir və bu istiqamətdə Huawei ilə əməkdaşlığını davam etdirən yerli şirkətlərdən eksport lisenziyalarının geri alınmasını planlaşdırır. İndi isə mütəxəssislər bildiriblər ki, eksport idarəsinin sərtləşdirilməsi öz növbəsində NVIDIA şirkətinin gəlirlərini kəskin şəkildə aşağı sala bilər. 2020-ci ilin noyabr ayından 2021-ci ilin aprel ayına kimi amerikalı məmurlar tərəfindən 61.4 milyard dollar dəyərində eksport lisenziyalarına icazə verilmişdi. Sözügedən lisenziyalar sayəsində ABŞ-ın yerli şirkətləri Huawei şirkətini öz məhsulları ilə təmin edə bilirlər.

    İndi isə ABŞ qanunvericiləri Huawei şirkətini həmin məhsullardan tamamilə məhrum etmək və ABŞ-ın yerli şirkətlərinin sahib olduqları eksport lisenziyalarını geri almaq istəyirlər. ABŞ hökumətinin sifarişi ilə hazırlanmış analitik hesabatlardan birində qeyd edilib ki, Huawei şirkətinə qarşı eksport idarəsinin sərtləşdirilməsi halı öz növbəsində NVIDIA şirkətinin gəlirlərini kəskin şəkildə aşağı sala bilər. Çox güman ki, söhbət, NVIDIA-nın Huawei-yə satdığı server komponentlərindən gedir. Qeyd etmək lazımdır ki, Huawei hal hzırda öz bulud servislərinin inkişaf etdirilməsi ilə məşğuldur və bu istiqamətdə ona server komponentləri çox vacibdir.


    “Ticarət Nazirliyi tərəfindən 2023-cü il üzrə lisenziyalaşdırma qaydalarına təklif edilən düzəlişlər çox güman ki, NVIDIA-ya əhəmiyyətli iqtisadi təsir göstərəcək” - deyə analitik hesabatda qeyd edilib. Hesabatda həmçinin Huawei ilə əməkdaşlıq edən digər ABŞ şirkətləri üçün olacaq mümkün risklər də qiymətləndirilib. Məsələn Huawei şirkətinə qarşı eksport qaydalarının sərtləşdirilməsi halında Qualcomm orta dərəcədə zərər görəcək. Lakin Huawei öz növbəsində Qualcomm-un modem texnologiyalarından məhrum olacaq. Bu isə şirkətin böhran vəziyyətində olan mobil biznesinin vəziyyətini daha da pis hala salacaq..



DAHA ÇOX


Elon Musk-ın Neuralink şirkətinin bazar dəyəri 5 milyard dollara yüksəlib

Elon Musk-ın beyin implantının hazırlanması ilə məşğul olan Neuralink şirkətinin bazar dəyəri 2 il b..


Apple şirkəti ABŞ hərbi qüvvələri üçün AR cihaz hazırlayan Mira adlı startapı al..

Apple şirkəti digər şirkətlər və ABŞ-ın hərbi qüvvələri üçün AR cihazların hazırlanması ilə məşğul o..


Generativ süni zəka sahəsinin həcmi 10 il ərzində 1 trilyon dollardan çox olacaq..

Süni zəka əsaslı ChatGPT və Google Bard çat-botlarının istifadəyə verilmələri İT sahənin generativ s..


Elon Musk yenidən dünyanın ən varlı şəxsi olub

Bloomberg dünyanın ən varlı şəxsləri reytinqini yeniləyib.


Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qaz..

Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib.

×