main-post-cover

    Huawei şirkəti reytinq rekordları qırır: Statistika

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.07.2020
    Farid Pardashunas
        WPP Kantar marketinq agentliklərinin hesabatlarına əsasən Huawei şirkəti BrandZ reytinqində dünyanın ən bahalı brendləri siyahısındakı mövqeyini gücləndirib. Bundan əlavə olaraq şirkət dünyanın ən innovasiyalı şirkətləri siyahısında yüksək pillələrə yüksəlib. Beləliklə Huawei şirkəti smartfon, planşet, daşınıla bilən cihaz və naqilsiz audiocihazlar bazarlarının böyük hissələrini idarə edir. Bu barədə 4pda saytı xəbər verib. Bu il şirkət BrandZ reytinqində 29.4 milyard dollarlıq bazar dəyəri göstəricisi ilə 45-ci yerdə qərarlaşıb.
        Bu isə 2019-cu ildəki göstəricidən 9% yüksəkdir. Qeyd etmək lazımdır ki, artıq 5-ci ildir ki, Huawei şirkəti BrandZ reytinqinin top 50-nə daxil olur. Bu isə şirkətin həm lokal həm də qlobal bazarda öz məhsullar seriyasını genişləndirməsi ilə bağlıdır. Bundan əlavə olaraq Huawei şirkəti kənar tərtibatçılar ilə cihazlar üçün hardware və software ekosisteminin yaradılması ilə məşğul olur. Bir neçə müddət bundan öncə IDC adlı tədqiqat şirkəti bütün dünya üzrə smartfon satışlarının rüb hesabatlarını təqdim etmişdi. Həmin hesabata əsasən Huawei 17.8% bazar payı göstəricisi ilə dünyanın ikinci ən böyük smartfon istehsalçısıdır.
        Şirkətin daşınıla bilən cihazlar bazarındakı satışları 62.2% yüksəlib. Bundan əlavə olaraq şirkət planşet satışları üzrə dünyanın üçüncü ən böyük şirkətidir. Bu məsələdə o, 12% bazar payına sahibdir. Canalys analitik şirkətinin məlumatlarına əsasən Huawei dünyanın 5 ən böyük naqilsiz audiocihazlar istehsalçısından biridir. Bununla yanaşı məlumat verilib ki, bu ilin əvvəlində şirkətin kompüter satışları da 120% yüksəlib. Boston Consulting Group şirkətinin təqdim etdiyi “Dünyanın ən innovasiyalı şirkətləri” siyahısında Huawei 6-cı yeri tutub. Beləliklə o, böyüklüyünə görə dünyanın 6-cı ən innovasiyalı şirkətidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər