Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya ittihamı qaldırıb

Hegemonluğa son?: ABŞ-ın Ədliyyə Nazirliyi Google şirkətinə qarşı antimonopoliya ittihamı qaldırıb

Startup və Biznes
21.10.2020 PAYLAŞIM

    ABŞ-ın Ədliyyə Nazirliyi dünən Google şirkətinə qarşı antimonopoliya ittihamı qaldırıb. Məhkəmə iddiasında qeyd olunub ki, şirkət axtarış sistemləri ilə rəqəmsal reklam sahələrində hegemonluğunu qoruyub saxlamaq üçün qeyri rəqabət üsullarından istifadə edib. Bu barədə CNBC saytı xəbər verib. Sözügedən məhkəmə iddiasına həmçinin ABŞ-ın 11 ştatının prokurorları da qatılıblar.

ABŞ hökuməti iddia edir ki, Google şirkəti rəqəmsal reklamlardan əldə etdiyi milyardlarla dollar vəsaiti smartfon istehsalçılarına, şəbəkə operatorlarına və brauzerlərə xərcləyir.

    Bunun əsas səbəbi isə həmin məhsullarda Google axtarış sisteminin standart tətbiq formasında qalmasıdır. Ədliyyə Nazirliyi iddia edir ki, Google şirkəti ABŞ-dakı axtarış sistemləri bazarının 88%-nə sahibdir. Bununla belə smartfonlarda axtarış sorğularının 94%-i məhz Google servisləri vasitəsilə edilir. ABŞ hökumətinin fikrincə Google şirkətinin bu siyasəti axtarış sistemlərinin keyfiyyətlərini aşağı salaraq və seçim variantlarının sayını azaldaraq istehlakçılara zərər verib. Google şirkətinin hüquqşünas konsultantı şirkət bloqunda Ədliyyə Nazirliyinin məhkəmə iddiası ilə bağlı açıqlama verib.


    “Ədliyyə nazirliyinin məhkəmə iddiası səhvdir. İnsanlar Google-dan istifadə edirlər ona görə yox ki, onlar buna məcburdurlar. Onlar Google-dan istifadə etmək istədikləri üçün ondan istifadə edirlər. Bu məhkəmə prosesi istehlakçılara heç cür yardım etməyəcək. Əksinə, bu, daha aşağı keyfiyyətli axtarış sistemlərini süni şəkildə dəstəkləyəcək, smartfonların qiymətlərini yüksəldəcək və insanların istifadə etdikləri servislərə keçidləri ləngidəcək” - deyə şirkət bloqunda qeyd olunub.

    Qeyd etmək lazımdır ki, 6 oktyabr tarixində Google, Amazon, Apple Facebook şirkətlərinin rəhbərləri ABŞ konqressində çıxış etmişdilər. Həmin çıxış çərçivəsində ABŞ hökuməti sadalanmış şirkətlərə qarşı aparılmış antimonopoliya istintaqının nəticələri təqdim olunmuşdu. Demokratlar öz növbələrində bu şirkətlərin daha kiçik ayrı-ayrı şirkətlərə bölünmələrini təklif etmişdilər. Qeyd etmək lazımdır ki, bu cür məhkəmə iddiası illərlə vaxt ala biər. Lakin ABŞ hökumətinin qalib gələcəyi halda bu, Google şirkətinin 1998-ci ildən bəri təsir göstərdiyi internet iqtisadiyyatını dəyişəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti iPhone istifadəçilərini aldatmaqda günahlandırılaraq külli miqdard..

iPhone 7-dən başlayaraq Apple şirkəti öz smatfonlarını suya qarşı dözümlü edir. Beləliklə şirkət öz ..


Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə döv..

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlan..


Snapdragon prosessorlarından imtina?: Huawei hal hazırda Qualcomm ilə əməkdaşlıq..

Bir neçə müddət bundan öncə Qualcomm şirkəti ABŞ sanksiyalarına məruz qalmış Huawei ilə əməkdaşlıq ü..


ABŞ hökuməti Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qaldırmağa hazırla..

Federal orqanlar və ABŞ ştatlarının hökumətləri Facebook şirkətinə qarşı antimonopoliya ittihamı qal..


Apple şirkəti kiçik biznes tərtibatçıları üçün App Store komissiyasını 30%-dən a..

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə..


MediaTek şirkəti Intel biznesinin vacib şöbəsini 85 milyon dollara alır: Səbəb n..

Mobil prosessorların istehsalı ilə məşğul olan MediaTek şirkəti Intel-in Enpirion Power Solutions ad..

×