main-post-cover

    Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi Koreyada qadağan olunacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.09.2021
    Farid Pardashunas
        Cənubi Koreya Google Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. Qəbul edilmiş yeni qanun layihəsinə əsasən Google və Apple kimi böyük şirkəltər öz ödəniş sistemlərinin mütləq inteqrasiyası məsələsində tətbiq tərtibatçılarını məhdudlaşdıra bilməzlər. Qanun layihəsinin Cənubi Koreya prezidenti tərəfindən imzalanması gözlənilir. Belə ki, onun partiyası layihənin qəbul edilməsinin tərəfdarıdır. Bu yeni qanun layihəsi öz növbəsində Google və Apple şirkətlərinin bizneslərinə ciddi zərbə oldu.
        Belə ki, sözügedən şirkətlər tətbiqlərin daxilində olan alış-veriş proseslərinin yalnız öz ödəniş sistemləri vasitəsilə reallaşdırılmasını tələb edirlər. Bunun sayəsində şirkətlər hər alış-verişdən 15-30% komissiya əldə edirlər. Əgər şirkətlər bu yeni qanun layihəsinə riayət etməsələr, onlar Cənubi Koreyadakı gəlirlərinin 3%-i qədər cərimə ödəməli olacaqlar. Bu qanun layihəsi həmçinin Google və Apple şirkətlərinin digər ölkələrdə necə biznes apardıqlarına da təsir göstərə bilər. Heç istisna deyil ki, digər ölkələr də buna bənzər qanun layihəsini qəbul edəcəklər.
        Qeyd etmək lazımdır ki, ABŞ-dan olan şirkətləri nizamlamağa çalışan yeganə ölkə Cənubi Koreya deyil. Məsələn Rusiya hökuməti tələb edir ki, rusiyalı tərtibatçılar tərəfindən yaradılmış tətbiqlər yeni smartfonların sistemlərinə öncədən quraşdırılsın. Avstraliya Google Pay Apple Pay kimi servislərin özünəməxsus şəkildə nizamlanması prosesi üzərində çalışır. Hətta ABŞ hökumətinin bəzi təmsilçiləri də Cənubi Koreyada qəbul edilmiş qanun layihəsinə bənzərinin yaradılmasının tərəfdarıdırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər