Reklam
Google tərtibatçılara Google Play-də kənar ödəniş servislərindən istifadəyə icazə verib

Google tərtibatçılara Google Play-də kənar ödəniş servislərindən istifadəyə icazə verib

Startup və Biznes
20.07.2022 PAYLAŞIM

    Google şirkəti Avropa İqtisadi Zonasında öz Play Market platformasının çalışma siyasətində dəyişikliklərin edildiyini elan edib. Belə ki, mobil oyunlarla məşğul olmayan tərtibatçılar bundan sonra öz istifadəçilərinə müəyyən xidmətlərin, abunəliklərin və ya proqram təminatının alış prosesindəki ödənişi reallaşdırmaq üçün kənar ödəniş servislərindən istifadə imkanını təqdim edə biləcəklər. Bununla belə kənar ödəniş sistemlərindən istifadə halında da Google şirkəti öz üzərinə düşən komissiyanı əldə edəcək. Lakin həmin komissiya miqdarı da aşağı salınıb.

    Bu barədə məlumat Google şirkətinin rəsmi saytında qeyd edilib. Hal hazırda tərtibatçıların 99%-i Google şirkətinə məxsus olan ödəniş servisinin istifadəsi səbəbilə 15%-lik komissiya ödəyirlər. Lakin bundan sonra Google Play platforması üzərindən Avropa İqtisadi Zonasına daxil olan istifadəçilər üçün kənar ödəniş sistemlərindən istifadə halında tərtibatçıların ödəyəcəkləri komissiya miqdarı 12%-ə endiriləcək. Google onu da qeyd edib ki, tərtibatçıların kənar ödəniş servislərinə keçid edəcəkləri halda onlar istifadəçilərin təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulmuş bəzi tələblərə riayət etməli olacaqlar.


    Mobil oyunların Avropa İqtisadi Zonasında yayılmasında isə Google Play-in fərdi ödəniş sistemindən istifadə etmək lazım gələcək. Beləliklə Google şirkətinin yeni siyasət dəyişikliyi yalnız proqram təminatının hazırlanması ilə məşğul olan tərtibatçıları əhatə edirlər. Mobil oyunların hazırlanması ilə məşğul olanlar isə əvvəlki qaydada çalışmalı olacaqlar. Google bildirib ki, təkcə Avropa Birliyi regionunda Android platforması 1.1 milyon iş yerini dəstəkləyir. 2021-ci ildə isə mobil tətbiq tərtibatçılarının ümumi gəlirləri 7.9 milyard avro təşkil edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Twitter əsasında WeChat-a bənzər supertətbiq yaratmağı planlaşdırır..

Bir neçə gün bundan öncə məlum oldu ki, Elon Musk yenidən Twitter-i 44 milyard dollara almaq həvəsin..


Elon Musk Twitter-i almaq qərarına gəlib

Elon Musk Twitter-ə sosial şəbəkənin ilkin razılaşdırılmış şərtlər çərçivəsində alınması prosesinin ..


Elon Musk Twitter ilə məhkəmə prosesində sosial şəbəkənin keçmiş direktoru Jack ..

Elon Musk aprel ayında tərəflər arasında razılaşdırılmış şərtlər çərçivəsində Twitter-in alınmasında..


Elon Musk Twitter-i 44 milyard dollara yalnız bir şərtlə alacağını bildirib..

Məlumdur ki, Elon Musk-ın Twitter-i almaqdan imtina etməsinin əsas səbəbi onun bu sosial şəbəkənin ü..


ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib: Şirkət hərbi casusluqd..

ABŞ hökuməti Çinin telekommunikasiya və smartfon istehsalçısı olan Huawei şirkəti barəsində yeni ist..


Rəsmi qərara əsasən Elon Musk ilə Twitter arasındakı məhkəmə işinə sürətli şəkil..

Elon Musk ilə Twitter arasında planlaşdırılan müqavilənin ləğv edilməsi səbəbilə öncədən təyin edilm..

×