main-post-cover

    Google şirkəti tərtibatçılar üçün olan komissiya haqqını yaxın günlərdə 15%-ə endirəcək

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.06.2021
    Farid Pardashunas
        Bu ilin mart ayında Google şirkəti söz vermişdi ki, o, tərtibatçılar üçün nəzərdə tutulmuş 30%-lik komissiya haqqını 2 dəfə aşağı salacaq. Qeyd etmək lazımdır ki, hal hazırda şirkət Google Play-dəki tətbiqlər daxilində edilmiş alış-verişlərdən 30% komissiya haqqı əldə edir. Beləliklə 1 iyul tarixindən komissiya haqqı 30%-dən 15%-ə endiriləcək. Lakin bu məsələdə bir sıra nüans var. Belə ki, 15%-lik komissiya haqqını yalnız o tətbiqlər əldə edəcəklər hansıların ki, illik gəlirləri 1 milyon dollardan çox deyillər.
        İllik gəlirləri 1 milyon dollardan yüksək olan tətbiqlərin komissiyaları 30% olaraq qalacaqlar. “1 iyuldan başlayaraq sizin illik 1 milyon dollar dəyərində olan ilk gəliriniz üçün xidmət ödənişi 30% deyil 15% təşkil edəcək. Sizin 15%-lik komissiya haqqına sahib olduğunuza əmin olmaq üçün siz, Google Play Consolde-da istifadəçi hesablarından ibarət qrup yaratmalısınız” - deyə şirkət qeyd edib. Bununla yanaşı şirkətin tətbiqlər barəsində də bir sıra tələbləri var. Həmin tələblər aşağıdakı kimidir:
    - Aylıq 100.000 yüklənmə
    - Yüksək reytinq və yüksək keyfiyyətli interfeys
    - Tərtibatçınının istifadəçi hesabının yüksək reytinqi
    - Kontentin növündən asılı olaraq Google və API platformalarının inteqrasiyası
    - İstifadəçilər tərəfindən yaradılmamış video, audio və kitablara premium keçidin təmin olunması.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər