main-post-cover

    Google şirkəti Starlink-dən istifadə üçün SpaceX ilə əməkdaşlıq bağlayıb

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    13.05.2021
    Emil Nəcəfov
        Google şirkəti SpaceX ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Sözügedən əməkdaşlıq çərçivəsində Google Starlink peyk interneti üçün özünün bulud texnologiyaları xidmətini təqdim edəcək. Bu barədə The Verge saytı xəbər verib. SpaceX Starlink terminallarını Google şirkətinin bütün dünya üzrə data mərkəzlərinə quraşdıracaq. İki tərəf arasında reallaşdırılan bu layihə öz növbəsində məlumatları dünyanın bütün nöqtələrinə təhlükəsiz şəkildə ötürməyə imkan verəcək. Bundan əlavə olaraq Google öz korporativ müştəriləri üçün peyk internetindən istifadə edə biləcək.
        Qeyd etmək lazımdır ki, bu, sözügedən iki şirkət arasındakı ilk layihə deyil. Belə ki, hələ 2015-ci ildə kosmik texnologiyaların dəstəklənməsi üçün Google şirkəti SpaceX-ə 900 milyon investisiya yatırmışdı. Həmin texnologiyalar arasında Starlink də var. Starlink peyk internetinin beta testinə keçən ilin oktyabr ayında start verilmişdi. Onun istifadəçi kütləsi isə artıq 10.000-ə çatıb. SpaceX bildirib ki, Google ilə bağlanmış yeni əməkdaşlıq şirkətlərə, təşkilatlara, dövlət strukturlarına və s. qurumlara internetdəki məlumatları sürətli şəkildə əlçatan edəcək.
    Linki kopyala